“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı


03.06.2022  09:44 

“Direktorlar vakant yerləri rüşvət müqabilində kiməsə satırlar”





A+  A-

İyunun 3-də 2022-2023-cü tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılır.

Sənəd qəbulu 10 iyun saat 11:00-dək davam edəcək.

Bu il keçiriləcək vakansiyaya edilmiş dəyişikliyə əsasən, seçim mərhələsində ilk növbədə şəhid ailəsinin üzvləri iştirak edəcəklər.

İmtahanlar paytaxtla yanaşı, regionlarda da təşkil olunacaq.

Hər il olduğu kimi bu il də müəllimlərin işə qəbulu üzrə müsabiqə elektron ərizələrin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələlərini əhatə edəcək.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Təhsil masası”nda bildirib ki, Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqəsinin test mərhələsinin iyulun əvvəlində keçirilməsi nəzərdə tutulur.



Namizədlərə 60 sual təqdim olunacaq və qəbul edilən yeni qərara uyğun olaraq onlara 120 dəqiqə vaxt veriləcək.

Nurlan İsmayılbəyli deyib ki, builki müsabiqəyə təxminən səkkiz minə yaxın vakant yer çıxarılacaq.

O bildirib ki, daha musiqi, təsviri incəsənət, kimya və ehtiyac olan digər fənnlər üzrə vakant yerlər təklif ediləcək.

“Bakı və digər rayonlar üzrə vakant yerlər barədə hələlik dəqiq nəsə demək mümkün deyil. Hələ vaxta var, iş yerindən çıxan müəllimlər də ola bilər, yaxud da yaş həddi ilə bağlı işdən ayrılma da ola bilər. Bir həftə öncədən imtahan yeri, tarixi və saatı barədə namizədlərə məlumat veriləcək”, – mərkəzin rəhbəri qeyd edib.

Təhsil eksperti Elçin Əfəndi Meydan TV-yə deyir ki, hər il müəllimlərin işə qəbul imtahanında müəyyən problemlər yaranır.

Bunlardan ən başlıcası isə vakansiya yerlərinin gizlədilməsidir:

“İmtahanda təxminən 50-60 min müəllim iştirak edir. Vakant yerlər isə 8-9 min olur. Təəssüf ki, vakant yerlər direktorlar, yaxud da müvafiq aidiyyəti şəxslər tərəfindən gizlədilir. Həmçinin direktorlar vakant yerləri rüşvət müqabilində kiməsə satırlar”.

Hazırda Azərbaycanda ümumilikdə 4400 orta məktəb fəaliyyət göstərir. Müəllim heyətinin sayı isə 160 minə yaxındır.



Ekspert deyir ki, vakansiya yerlərinin gizlədilməsinin qarşısının alınması istiqamətində ölkədəki bütün məktəblərdə monitorinqlər keçirilməlidir.

O deyir ki, monitorinq aparılsa, vakant yerlərin gizlədilməsi faktının qarşısını almaq mümkün ola bilər: “Həmçinin qarşıda ibtidai sinif müəllimlərinin sertfikasiya imtahanlarının keçirilməsi məsələsi var. İlk olaraq ibtidai sinif üzrə başlanacaq, tədricən digər fənn müəllimlərini əhatə edəcək. Bu sertifikasiyanın keçirilməsi gizlədilən vakant yerlərin üzə çıxarılması ilə nəticələnəcək. Serifikasiya nəticəsində vakant yerlərin sayı artacaq. Növbəti illərdə 15-16 min vakant yerlərin çıxarılması gözlənilir”.

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, təhsil eksperti İlqar Orucovun fikrincə, vakansiyaların gizlədilməsində daha çox məktəb direktorları və təhsil şöbələrinin rəhbərləri maraqlıdırlar:

“Müəllimlərin işə qəbulunda vakant yerlərin gizlədilməsi ciddi problemdir. Bəzən vakansiyaya az saat çıxarılır və gənclər həmin məktəblərə getmək istəmirlər. Fikirləşirlər ki, məsələn, Qubanın ucqar bir kəndinə altı saat dərsə niyə gedim?! Araşdırsanız, görərsiniz ki, dərs saatı altı deyil, daha çoxdur. Bunu direktor özü azaldıb. Hesab edirəm ki, günahı olan insanlar ciddi cəzalandırılmalıdır”.

Ekspert deyir ki, Təhsil Nazirliyi vakant yerlərin gizlədilməsi ilə bağlı mübarizədə gücsüzdür.

Əlavə edir ki, vakant yerlərin gizlədilməsi direktorlarla yanaşı, rayon təhsil şöbələri tərəfindən də aparılırdı: “Rayon təhsil şöbələri ləğv edilib. Onların bazasında regionlar üzrə təhsil idarələri yaradılıb. Ümid edirəm ki, yeni yaradılmış regional təhsil idarələri bu istiqamətdə olan məsələlərin üzərinə gedəcək. Əlbəttə ki, Təhsil Nazirliyinin orta ümumi təhsil müəssisəsləri ilə əlaqədar 150 nəfərlik şöbəsi vakansiyaların gizlədilməsi faktlarını aşkar edə bilməyəcək. Bu, həm də məktəb direktorunun və təhsil şöbəsinin vicdanından asılıdır”.

“Həm MİQ, həm də direktorın işə qəbulu prosesini dəfələrlə monitorinq etmişik. Həqiqətən, proses çox şəffaf aparılır. Gənclərin müəllimliyi seçməyi ilə bağlı da böyük həvəsi var. Amma nəticədə gəlib yerlərin və saatların gizlədilməsinə dirənir”, – ekspert əlavə edib.

Xəbər 1852 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.10.2024  20:50 

Faktiki hava açıqlandı

19.10.2024  17:23 

Kahramanmaraşda zəlzələ olub

19.10.2024  17:19 

Ərdoğan Olaf Şoltsu qəbul edib

18.10.2024  22:27 

Tağı Əhmədov vəfat edib

18.10.2024  16:33 

Balakəndə yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +