Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir
“Sionist İsrail və Şeytan Amerika“ İranı necə xilas etdi?
Özlərini Neftçalada batıranlar... -Vəfa nağılı bitdi
Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu


26.07.2017  10:26 

Şəmkirdə dəhşətli OLAY: Ana iki övladı ilə qatarın altına atıldı





A+  A-

İyulun 25-də saat 21 radələrində Qazaxdan Bakıya gələn qatar 3 nəfəri vurub.
Həmin qatarda olan sərnişinlərin verdiyi məlumata görə, hadisə Şəmkir rayonunun Zəyəm kəndi ərazisində baş verib.

Ana və iki azyaşlı uşaq qəfildən hərəkət edən qatarın qarşısına çıxıb. Qatar gənc qadının başını bədənindən qoparıb. Qadının uşaqları da relslərin arasında qalaraq can verib. Onların intihar məqsədilə özlərini qatarın altına atdığı ehtimal olunur.

Belə ki, qatarın maşinisti ilkin ifadəsində qadının relslərin üzərində oturduğunu bildirib. Qatar sürətlə hərəkət etdiyindən maşinist onu saxlaya bilməyib.

Özünü qatarın altına atan qadının Zəyəm sakini 1992-ci il təvəllüdlü Mahmudova Pərvanə İlqar qızı olduğu bildirilib. Onun ölən övladları 3 yaşlı oğlu və 1 yaşlı qızı olub.

Hadisədən sonra Qazax-Bakı qatarı 1 saatdan çox Zəyəm kəndində dayanıb. Olay yerinə rayon prokuroru və çox sayda polis əməkdaşı gəlib. Araşdırma aparıldıqdan sonra qatarın hərəkəti bərpa olunub.

(modern.az)

Xəbər 1446 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.09.2024  18:40 

Mirça Coane istefa verəcək

03.09.2024  13:03 

Sabahın havası açıqlandı

02.09.2024  11:55 

Hadisənin erotik RƏQSİ -VİDEO

01.09.2024  08:10 

Səsvermə başladı...


BÜTÜN XƏBƏRLƏR +