Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ
Ersin Tatarın Azərbaycana səfəri başlayıb
Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ
Prezidentdən pensiyalarla bağlı qərara MÜHÜM DƏYİŞİKLİK
FTX Azərbaycan diasporunun ofisində əməliyyat aparıb - Saxlanılanlar var
Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto
İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...
Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?


09.10.2018  22:37 

“Lotu Quli” ilə bağlı qərar verildi





A+  A-

Dünən İstanbulda saxlanılmış “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifov bu gün çıxaırldığı məhkəmədə azadlığa buraxılıb.
XəzərNews.az xəbər verir ki, Musavat.com-un Türkiyədəki mənbədən aldığı məlumata görə, hazırda N.Səlifov Miqrasiya idarəsindədir və bəzi sənədləşmə prosedurundan keçir. Onun hansı ölkəyəsə ekstradisiya edilməsi təhlükəsi yoxdur.

Xatırladaq ki, Türkiyənin aparıcı media qurumlarının dünən yaydığı xəbərə görə, onu Rusiya dövlətindən edilən şikayətlər əsasında saxlamışdılar və bəzi mətbuat orqanları N.Səlifovun Azərbaycana ekstradisiya ediləcəyini yazmışdı.

Ancaq bilgili qaynaqlardan məlum olmuşdu ki, Azərbaycan tərəfinin belə bir tələbi olmayıb, çünki N.Səlifov öz cəzasını bir il öncə başa çatdıraraq azadlığa buraxılıb və ölkəni tərk edib. Barəsində aparılan müvafiq araşdırma işləri başa çatdıqdan sonra, daha dəqiqi, oktyabrın 10-da azad ediləcək.

Göründüyü kimi, onun gözlənildiyindən bir gün əvvəl sərbəst buraxıblar.

Xəbər 1640 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.07.2024  17:32 

Ozan Akbaba Bakıya gəlib -Foto

10.07.2024  17:16 

Hüseyn Həsənov Rusiyadan qaçıb

09.07.2024  07:10 

Tanınmış meyxanaçı vəfat edib

01.07.2024  16:20 

Damla İranda konsert verib -Video


BÜTÜN XƏBƏRLƏR +