03.02.2017 19:14
"Bloqger Aleksandr Lapşinin əməllərində kifayət qədər cinayət tərkibli elementlər olduğuna görə, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət işi açılıb və İnterpol xətti ilə beynəlxalq axtarışa verilib".
XəzərNews.az-ın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O bildirib ki, A. Lapşin vətəndaşlığını daşıdığı ölkələrin xarici siyasət idarələrinin xüsusi xəbərdarlığına baxmayaraq, Azərbaycanın dövlət sərhədlərini pozaraq qanunsuz şəkildə işğal olunmuş ərazilərə səfər edib: “Adının arzuolunmaz şəxslər siyahısında olduğunu bilərək başqa ölkənin pasportu ilə yenidən Azərbaycan ərazisinə daxil olub. Bu əməlləri qəsdən və qərəzli şəkildə etdiyini özü etiraf edib. Bloqger və ya jurnalist olmaq heç kimə qanunları pozmaq üçün əsas, yaxud toxunulmazlıq vermir. Ona görə də bu məsələni siyasiləşdirmək və ya ona “söz azadlığı” donu geyindirmək cəhdləri tamamilə yanlışdır. Sırf hüquqi müstəvidə olan bu məsələ ətrafında yaradılmış əsassız səs-küy və diskussiya başadüşülən deyil”.
XİN rəsmisinin sözlərinə görə, Azərbaycan MDB çərçivəsində Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il Kişinyov Konvensiyası əsasında Belarusda saxlanılmış A. Lapşinin ekstradisiyası üçün müvafiq hüquqi addımları atıb: “Bu məsələdə Ermənistanın əsassız və gülünc canfəşanlığı və mövzunu siyasiləşdirmək cəhdləri əslində Ermənistanın güddüyü çirkin məqsədləri ifşa edir. Ermənistan əcnəbi vətəndaşları aldatma və digər yollarla işğal olunmuş Azərbaycan ərazilərinə səfərə sövq edir və sonradan həmin şəxsləri özünün siyasi təbliğat oyunlarının alətinə çevirməyə çalışır”.
|
16.07.2024 17:55
16.07.2024 17:46
16.07.2024 17:45
16.07.2024 17:40
16.07.2024 17:38
16.07.2024 15:42
16.07.2024 11:23
16.07.2024 09:33
Hərbi xidmətini başa vurub evə qayıdanda qardaşının çimərlikdə batdığı xəbərini aldı -Video
15.07.2024 17:11
15.07.2024 17:00
15.07.2024 16:20
15.07.2024 16:12
15.07.2024 16:07
Soydaşlarımızın nəzərinə... - Bu ölkə ilə viza tələbi aradan qalxdı
15.07.2024 12:59
15.07.2024 12:40
15.07.2024 11:09
Hikmət Babaoğlu: “Özümüzü yenidən kəşf etməyin vaxtı çoxdan çatıb”
15.07.2024 10:48
14.07.2024 20:06
13.07.2024 16:45
13.07.2024 15:40
13.07.2024 13:34
13.07.2024 13:07
Erməni sərhədçilər azərbaycanlı sürücünü döyüb öldürdü -Foto
13.07.2024 11:36
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
12.07.2024 17:09
12.07.2024 16:35
12.07.2024 15:48
12.07.2024 11:07
11.07.2024 21:10
11.07.2024 16:48
Qapalı Çarşıda unudulmaz bir alış-veriş macərasını yaşayın -Fotolar
11.07.2024 12:33
11.07.2024 12:21
10.07.2024 17:32