Hikmət Hacıyev Patrik Prior ilə görüşüb
ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL
Prezident Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib -Fotolar
Mehriban Əliyeva İtaliyadan paylaşım edib -Foto
Prezident Klaudio Deskalzi ilə görüşüb -Foto
Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir
“Sionist İsrail və Şeytan Amerika“ İranı necə xilas etdi?
Özlərini Neftçalada batıranlar... -Vəfa nağılı bitdi
Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ


07.01.2020  15:30 

İran 13 ssenarilik “intiqam planı” hazırlayıb





A+  A-

Rəsmi Tehran Vaşinqtonla bağlı 13 ssenarilik “intiqam planı” hazırlayıb.
XəzərNews.az-ın “Fars” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani bildirib.

“Hazırlanan ssenarilərin ən kiçikləri də Amerika üçün kabusa çevriləcək”, - deyə Şamxani vurğulayıb.

Qeyd edək ki, İran parlamenti yanvarın 7-də Pentaqon və ABŞ ordusunu terror təşkilatları ilə bərabərləşdirən qanun layihəsini yekdilliklə qəbul edib. Sənədlə, həmçinin Milli İnkişaf Fondundan İran ordusunun elit hissəsinə - “Qüds” xüsusi təyinatlılarına 200 milyon avro ayrılması təsdiqlənib.

Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun “Qüds” Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.

Xəbər 1561 dəfə oxunub.




08.09.2024  14:57 

Hidayət Elvüsal vəfat edib -Foto

08.09.2024  11:33 

Gəncədə zəlzələ olub

03.09.2024  18:40 

Mirça Coane istefa verəcək


BÜTÜN XƏBƏRLƏR +