Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


06.12.2021  13:16 

Ağdam klubu “Sabah”ı 5:1 hesabı ilə məğlub etdi





A+  A-

Premyer Liqada qış çempionu 13-cü turda müəyyənləşib.

XəzərNews.az xəbər verir ki, “Qarabağ” ilin son turu ərəfəsində qış fasiləsinə 1-ci pillədə yollanacağını təmin edib.

Ağdam klubu “Sabah”ı 5:1 hesabı ilə məğlub edərək izləyiciləri üçün əlçatmaz olub. Qurban Qurbanovun komandasının 30 xalı var. “Qarabağ” “Qəbələ”ni 5 xal qabaqlayır.

Ağdam təmsilçisi ölkə çempionatları tarixində 8-ci dəfə yeni ili lider kimi qarşılayacaq. Səkkizqat ölkə çempionu 2004/05, 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2019/20 mövsümlərində də ilk yarını zirvədə tamamlayıb.

Bu göstəricidə rekord “Neftçi”yə məxsusdur. Bakılılar 9 dəfə (1994/95, 1996/97, 2000/01, 2001/02, 2003/04, 2010/11, 2011/12, 2018/19, 2020/21) qış çempionu olublar. İki komandanın aktivində üç belə uğur var. “Kəpəz” 1993/94, 1997/98, 1998/99, “İnter” adlandığı dövrdə “Keşlə” 2008/09, 2009/10, 2012/13 mövsümlərinin fasiləsinə lider kimi yollanmağa nail olub. Digər 5 mövsümdə fərqli komandalar belə uğur qazanıb: “Xəzri” (1995/96), “Şəmkir” (1999/2000), “Karvan” (2005/06), "Xəzər Lənkəran" (2006/07) və "Olimpik" adlandığı dövrdə “Şüvəlan” (2007/08).

Qeyd edək ki, 1992 və 1993 mövsümləri yaz-payız sistemi ilə keçirildiyindən qış çempionu olmayıb.

Xəbər 1454 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +