Özlərini Neftçalada batıranlar... -Vəfa nağılı bitdi
Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub


24.01.2023  14:24 

Bəxtiyar Hacıyev və Əvəz Zeynallı ilə bağlı Prezidentə müraciət olundu





A+  A-

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Bəxtiyar Hacıyev və Əvəz Zeynallının həbsdən azad edilməsi xahişi ilə Prezident İlham Əliyevə müraciət ediblər.

XəzərNews.az xəbər verir ki, bu barədə Bakupost.az -a İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi İB-nin sədri Fikrət Cəfərli bildirib.

"Hazırda həbsdə olan hər iki şəxsin səhhətlərində ciddi narahatçılıqların olduğunu nəzərə alaraq, yazıb Sizdən onların istintaq dövründə seçilmiş həbs qətimkan tədbirlərinin ev dustaqlığı ilə əvəz edilməsinə köməklik göstərməyinizi xahiş edirik.

Bəxtiyar Hacıyevlə Əvəz Zeynallı ictimaiyyətdə nüfuz sahibi olan şəxslərdilər, hər ikisi dövlətini sevən, xalqına bağlı olan vətənpəvər insanlardır. Onların ölkə üçün göstərdikləri peşəkar fəaliyyətlərinin nəzərə alınmasına, yaxın gələcəkdə isə günahsız olduqlarına görə tamamilə bəraət alacaqlarına ümid edərək, Sizdən bu işə humanist müdaxilə etməyinizi xahiş edirik", - deyə müraciətdə qeyd edilir.

Qeyd edək ki, müraciəti 18 vətəndaş cəmiyyəti rəhbəri - Sabit Bağırov, Arzu Abdulla, Şəhla İsmayıl, Novella Cəfəroğlu, Fikrət Cəfərli, Səidə Qocamanlı, Mehriban Vəzir, Hafiz Həsənov, Azər Mehdiyev, Əhməd Əlili, Mirəli Hüseynov, Nəsimi Məmmədli, Samir Əliyev, İlqar Hüseynli, Mehriban Zeynalova, Mirvari Qəhramanlı, Rəsul Cəfərov və Ziya Quliyev imzalayıblar.

Xəbər 983 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.09.2024  11:55 

Hadisənin erotik RƏQSİ -VİDEO

01.09.2024  08:10 

Səsvermə başladı...


BÜTÜN XƏBƏRLƏR +