Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib


27.08.2019  09:28 

Gəncədə də taxta bazarı YANDI





A+  A-

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, saat 00:40-da Gəncə şəhərinin Kəpəz rayonunda taxta bazarında yanğın olması barədə məlumat daxil olub.
XəzərNews.az xəbər verir ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerinə ilkin çatan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri tərəfindən yanğının miqyası nəzərə alınaraq 2 saylı çağrış elan edilib.

Yanğın nəticəsində ümumi sahəsi 2 ha olan “DAŞQIN” inşaat materialları bazarının ərazisində ümumi sahəsi 1400 m² olan talvarın yanar konsturksiyaları, altına yığılmış 15 ədəd taxtakəsən dəzgah və 100 m² sahədə avtomobil ehtiyyat hissələri yanıb. Yaxınlıqdakı digər satış obyektləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 01:16-da söndürülüb.

Xəbər 1293 dəfə oxunub.




01.10.2024  18:22 

Sabah bu ərazilərdə su olmayacaq

01.10.2024  09:10 

“XəzərNews.az” 10 yaşında


BÜTÜN XƏBƏRLƏR +