Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident


17.05.2017  14:43 

Azərbaycanda əfv olacaq





A+  A-

Azərbaycanda növbəti əfv fərmanının iyun ayında veriləcəyi barədə məlumatlar var. Redaksiyamıza daxil olan məlumata görə, 423 nəfəri əhatə edən sonuncu əfv sərəncamı bu ilin martında verildiyi üçün 28 May Respublika günündə əfv olmayacaq.
Mənbəmizin dediyinə görə, əfvin iyun ayına ertələnməsinin mühüm səbəbləri var. Belə ki, iyunun 26-27-si Ramazan bayramı qeyd olunacaq. 2017-ci il ölkə prezidentinin sərəncamı ilə Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. Üstəlik, ölkəmiz hazırda davam edən çox mühüm yarışmaya – IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edir. Odur ki, növbəti humanist addımın məhz bu münasibətlə atılması olduqca məntiqli görünür. Qeyd edək ki, 26 iyun hə də Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü kimi qeyd olunur və bu il ordumuzun 99 yaşı tamam olacaq. İki əlamətdar bayram münasibətilə əfvin imzalanması hər kəsin ürəyincə olardı.

Düzdür, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilməyib. Ancaq mütəmadi şəkildə komissiyaya müraciətlərin ünvanlandığını nəzərə alsaq, iclasların qarşıdakı zaman kəsiyində də keçirilməsi mümkündür. Onu da qeyd edək ki, əfv sərəncamları çox hallarda Novruz bayramı, yaxud 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə imzalanıb. Lakin prezidentin müstəsna səlahiyyətlərinə daxil olduğu üçün dövlət başçısı istənilən zaman bununla bağlı qərarını verə bilər. Yeri gəlmişkən, 2012-ci ilin 22 iyununda bir sıra tanınmış siyasiləri də əhatə edən 66 nəfərə şamil olunan əfv fərmanının imzalanması da faktdır.

İnsan haqları müdafiəçisi, Dilarə Əliyeva adına Qadınları Müdafiə Cəmiyyətinin rəhbəri, Novella Cəfəroğlu musavat.com-a açıqlamasında gözləntilərin əbəs olmadığın bildirdi: “Növbəti əfv fərmanının konkret nə zaman imzalanacağını dəqiq bilmirik, amma biz də ümidlə gözləyirik. Düdür, hələ Prezident yanında Əfv Məsələləri Komissiyası toplaşmayıb, lakin bizim dəqiq məlumatımız var ki, əfv olacaq. Çünki müəyyən şəxslərlə görüşlər olur, bu istiqamətdə iş gedir”.

N.Cəfəroğlu dedi ki, onlardakı siyasi məhbusların siyasında 34 nəfərin adı var və o şəxslərin də əfvə salınacağına ümid edir: “Beynəlxalq təşkilatlarda da bununla bağlı arzu-istək var. Onların buraxılması Qərblə münasibətləri də xeyli yumşaldar. Hələlik gözləyirik”.

Xəbər 1808 dəfə oxunub.




09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib


BÜTÜN XƏBƏRLƏR +