Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ
Ersin Tatarın Azərbaycana səfəri başlayıb
Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ
Prezidentdən pensiyalarla bağlı qərara MÜHÜM DƏYİŞİKLİK
FTX Azərbaycan diasporunun ofisində əməliyyat aparıb - Saxlanılanlar var
Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto


15.02.2021  10:22 

“Məndə hamısı barədə dosye var...” - Flora Kərimova





A+  A-

Xalq artisti Flora Kərimova uzun illər küsülü olduğu həmkarları Faiq Ağayev və Röya Ayxan barədə açıqlama verib.
XəzərNews.az xəbər verir ki, məşhur müğənni bu barədə “ATV maqazin onlarla” proqramının 33 sual rubrikasında danışıb. Sənətçi ötən həftə F. Ağayevin onun barəsində səsləndirdiyi təriflərə cavab verərək onu bağışlamayacağını ifadə edib:

“Bu yaxınlarda məni çox təriflədi, ancaq bizim münasibətlərimiz alınmadı. Mən ağıllıdan umuram. Uşaq deyiləm. Bir dəfə hadisə oldu. Faiq Ağayev mənə dedi ki, qıcqırmış eqo! Bundan sonra Faiqə üzümü bozartdım. O da başa düşdü ki, bunun axırı pis olar. Dəyməsinlər mənə! Elə etməyin ki, sizi rüsvay edim. Mənə sataşanlar xeyir görmür. Çünki hamınız haqqında məndə dosye var. Özüm yığmıram, bunu edənlər edir. 80 yaşım var, mənim ailəmdən nə istəyirsiz?”

F. Kərimova “Röya ilə aranızda sülh yaranıb?” sualına isə belə cavab verib: “Röyanın ürəyi var. Bilirsiniz, o, mənə kimi xatırladır? Yeni doğulan körpə uşaqlar olur, - onu bələmək, sığallamaq istəyirsən, - onları xatırladır. Mən heç nəyi unutmuram. Qisas alanam. Ancaq elə insanlar var ki, onlara qıymıram. Çox illər əvvəl o mənim qızıma dedi ki, anana sahib çıx. Röyaya o sözü bağışlamadım. Bir dəfə ondan qisasımı aldım”.

Röya Ayxan isə Kərimovanın sözügedən çıxışını instaqram səhifəsində paylaşaraq fikirlərinə münasibət bildirib: “Çox sevindim, əvvəlki kimi məni sevməyə başladız. Rica edirəm ki, başqalarına əsəbiləşib məni sıxmayasız. Ürəyimdə hamının bir yeri var. Sizə uzun ömür arzu edirəm”.

Xəbər 2537 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.07.2024  16:15 

BUDADLAR, yoxsa BUDUQLAR -Video

18.07.2024  13:10 

Şahrudin “Qarabağ”da

17.07.2024  12:50 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +