Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ
Ersin Tatarın Azərbaycana səfəri başlayıb
Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ
Prezidentdən pensiyalarla bağlı qərara MÜHÜM DƏYİŞİKLİK
FTX Azərbaycan diasporunun ofisində əməliyyat aparıb - Saxlanılanlar var


24.05.2020  17:53 

Hindistan-Çin sərhədində növbəti gərginlik yaşandı





A+  A-

Çin hərbçiləri hindistanlı sərhədçiləri saxlayıb, daha sonra azad edib.
XəzərNews.az xəbər verir ki, bu barədə “NDTV” öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, hadisə iki ölkə arasında yerləşən Ladakx adlı yüksək dağlıq regionda baş verib. Çin hərbçiləri Hindistan əsgərlərinin silahlarını müsadirə ediblər, lakin sonradan geri qaytarıblar. Gərgin vəziyyət Hindistan və Çin komandanlığının nümayəndələri arasında baş tutan görüşdən sonra stabilləşib.

Buna baxmayaraq, Hindistan Çin ilə sərhədi əvəz edən Ladaxdakı nəzarət xəttinə bir neçə piyada batalyonu göndərib.

Qeyd edək ki, bir neçə gün öncə Hindistan Çinlə sərhəd rayonları yaxınlığında Pekinə məxsus helikopterlərin peyda olmasından sonra qırıcılarını havaya qaldırıb.

Xatırladaq ki, mübahisəli ərazilərə görə Hindistan və Çin arasında ilk silahlı qarşıdurma 1962-ci ildə qeydə alınıb. Rəsmi Pekin indiyə qədər Hindistanın Arunaçal-Pradeş ştatında 3,5 min kv.km. əraziyə iddia edir. Rəsmi Dehli isə Çini Cammu və Kəşmir ştatlarında 43 min kv km. ərazini qanunsuz işğal etməkdə günahlandırır.

Son illərdə iki ölkə arasındakı ən ciddi qarşıdurma, 2017-ci ilin yayında, Çindən gələn işçilər Çin, Hindistan və Butan sərhədlərinin yaxınlığında yerləşən dağlıq ərazidə, mübahisəli Doklam yaylası üzərindən magistral yol çəkməyə başladığı zaman meydana gəlib.

Butan hakimiyyəti buna etiraz etsə də, Çin tərəfi bu etiraza səssiz yanaşıb. Ancaq Hindistan məsələyə müdaxilə edərək qoşunlarını həmin əraziyə cəlb etmişdi. Qısa atışmadan sonra Çin hərbi qüvvələrini yayladan çıxarmışdı.

Bir neçə ay ərzində aparılan siyasi məsləhətləşmələrdən sonra Hindistan və Çinin xarici işlər orqanları Doklama bölgəsində qüvvələrin yerləşdirilməsi barədə razılığa gəldiklərini açıqlamışdılar.

Xəbər 1706 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.07.2024  17:13 

Neymar ata oldu

18.07.2024  16:15 

BUDADLAR, yoxsa BUDUQLAR -Video

18.07.2024  13:10 

Şahrudin “Qarabağ”da

17.07.2024  12:50 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +