İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ


11.05.2017  18:03 

Müğənnini silahla hədələyib maşınını alanlar kimdir?





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirlələr - Vazeh Bağırov, Gündüz Xəlilov, İlqar Həsənov, Emin Bağırov və Ariz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əhməd Quliyevin icraatında olan prosesdə məhkəmə istintaqı başlayıb.

Prokuror ittiham aktını elan edib. Belə ki, adıçəkilən şəxslər özlərini "Lotu Quli"nin qardaşı "Lotu Namiq"in adamları kimi təqdim edərək "Şeron" qrupunun sabiq üzvü "Şadan" qrupunun rəhbəri və solisti İntizar Məmmədovla Ramin Qasımovu silahla hədələyərk hər birindən 12 min manat və 4 min ABŞ dolları məbləğində pul tələb ediblər. Bir qədər sonra isə tələb olunan pulların verilməsi müddətini artırmaq üçün onlardan 1000 dollar alıblar. Ardınca isə İ.Məmmədovun "Mercedes Benz S-Class" markalı maşınını əlindən alaraq 10 min manatla əvəz ediblər.

Onların növbəti qurbanı isə Ramin Qasımov olub. Ondan birinci dəfə 4 min dollar alıblar, ikinci dəfə 12 min dolları alanda polis əməkdaşları tərəfindən saxlanılıblar.

İttiham olunan şəxslərdən biri, Əfsun Quliyev Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsində mülki mühafizəçi olub, onun barəsindəki cinayət işində istintaq zamanı xitam verilib və o, təcridxanadan azadlığa buraxılıb.

Təqsirləndirilənlərdən A.Məmmədov özünü təqsirli bilmədiyini, E.Bağırov və V.Bağırov özünü qismən, digərləri isə təqsirli bildiklərini deyiblər.

E.Bağırov deyib ki, yalnız R.Qasımovla Tahirin onun telefonu ilə danışmalarına şərait yaradıb: “Sonra da kafedə görüşdük ki, Raminlə Tahiri barışdıraq, amma polislər bizi tutdu”.

V.Bağırov isə sadəcə Tahirin dəvəti ilə onun toyunda iştirak etdiyini deyib və “Lotu Namiq”i tanımadığını deyib.

Zərərçəkmiş Ramin Qasımov deyib ki, onların pul problemi “Şadan” qrupunun üzvü Rəşad Əhmədovla olub: “Qrupun reklamı üçün pul lazım idi. Rəşad atasının səsyazma studiyasını yazıb bu işlərə xərclədi. Sonra mən ona 15 min manat ödədim. Qrupdan çıxanda isə Rəşad yenə pul söhbəti etdi. Mən dedim ki, pullar qrupun reklamına xərclənib, reklamı da özümlə aparmıram. 2016-cı ilin oktyabrında Tahir adlı şəxs zəng edib pul söhbətinə görə görüşmək istədiyini dedi. İntizarla danışdım, ona da zəng etmişdi. Görüşdə Tahirə “rəis” deyirdilər, onlar bizdən 4 min manat istədilər. Mən pulumun olmadığını dedim, İntizar isə maşınını verə biləcəyini dedi. Bir qədər sonra bizi bir evə çağırdılar, 500 dollar aldılar. Dedilər təcili olaraq da 2 min dollar gətirib, “Lotu Namiq”ə çatacaq. Həmin vaxt Tahirin üstündə silah var idi, bizi ailəmizlə təhdid etdi”.

Məhkəmə prosesi mayın 18-də davam etdiriləcək.

(qafqazinfo.az)

Xəbər 1364 dəfə oxunub.




03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək

03.08.2024  18:58 

Laçında mina hadisəsi baş verib

03.08.2024  18:54 

Sumqayıtda bıçaqlanma olub

03.08.2024  15:39 

İranda nə baş verir?

02.08.2024  14:40 

Rza Rzayev azadlığa buraxılıb

01.08.2024  12:01 

Hikmet Elp mükafatlandırıldı

30.07.2024  13:38 

TƏBİB-dən yeni təyinat -Foto


BÜTÜN XƏBƏRLƏR +