Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib


09.03.2022  09:20 

Özünü polis kimi təqdim edib sürücünün 400 manatını aldı - Video/Şikayət





A+  A-

Cəlilabad rayon sakini Rəşad Əsgərov özünü polis kimi təqdim edən şəxs tərəfindən aldadıldığını iddia edir.

XəzərNews.az xəbər verir ki, Yaşar Əsgərov sürücü işləyir və özünə məxsus “Kamaz” markalı yük avtomobili ilə həyətyanı sahəsinə peyin apararkən saxlanılıb:

“Yanvarın 11-də rayonun Şükürlü kəndi ilə hərəkətdə olarkən polisə məxsus ağ rəngli “Niva” markalı avtomobil qarşımı kəsdi. Özünü Cəlilabad rayonu Polis İdarəsinin əməliyyatçısı kimi təqdim edən Elnur adlı şəxs apardığım peyinin torpaq olduğunu iddia edərək məndən 600 manat pul istədi. Çox çək-çevirdən sonra 400 manatla razılaşdıq. Sonradan araşdırdım ki, özünü polis kimi təqdim edən və polis gödəkçəsi geyən Elnur adlı bu şəxs rayon polisə dəstək qrupunda çalışır”.

Rəşad Əsgərov bildirib ki, artıq bu barədə Cəlilabad Prokurorluğuna və Polis İdarəsinə məlumat verib:

“Təəssüf ki, həm prokurorluq, həm də polisdən bildirdilər ki, səni saxlayan adam mülki şəxsdir və biz ona heç nə edə bilmərik”.

R.Əsgərov daxili işlər naziri Vilayət Eyvazova müraciət də ünvanlayıb.

Aşağıdakı videoda R.Əsgərovun müraciətinə ətraflı baxa bilərsizniz:




Xəbər 1405 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ


BÜTÜN XƏBƏRLƏR +