Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı
Prezident Bakıda keçirilən forumunun iştirakçılarına müraciət ünvanlayıb
Hikmət Hacıyev Patrik Prior ilə görüşüb
ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL
Prezident Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib -Fotolar
Mehriban Əliyeva İtaliyadan paylaşım edib -Foto
Prezident Klaudio Deskalzi ilə görüşüb -Foto
Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir
“Sionist İsrail və Şeytan Amerika“ İranı necə xilas etdi?


04.12.2022  19:43 

Yevlaxda Dəyirmi masa keçirilib - Foto





A+  A-

Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sosial qruplara hüquqi yardımın təşkili” layihəsini həyata keçirən Jurnalist Qadınlar Assosiasiyasının Yevlaxda müharibə iştirakçıları, qazilər və şəhid ailələri ilə görüş olub.

Tədbirin moderatoru və layihənin eksperti İnqilab Şirinli görüşün təşkilinin məqsədindən danışıb. O bir sıra qanunların xülasəsini görüş iştirakçılarının diqqətinə çatdırıb.

Sora çıxış edən Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova ölkəmizdə həssas qruplara aid kateqoriyada olan vətəndaşlarımızın problemlərinin həll edilməsi yönündə atılan əməli addımları sadalayıb. Vətən müharibəsində əldə etdiyimiz qələbə münasibətilə Azərbaycan Respublikasının qanunlarından bir qisminə edilən dəyişikliklərdən söhbət açıb. Bu dəyişikliklər müharibə iştirakçılarının, şəhid ailələrinin rifah halının yaxşılaşdırılmasına xidmət etdiyini bildirib. O təssüf hissilə deyib ki, insanlarımızın bir qismi qanunvericiliklə onlara verilən hüquqlar barədə, dövlətin apardığı işlər haqda az məlumatlıdırlar. Ona görə də vətəndaşlarımızın maarifləndirilməsi sahəsində görülən işlər davamlı olmalıdır. S.Yusifova vətəndaş cəmiyyətlərinin bu sahədəki boşluqları öz fəaliyyətləri ilə doldurmasını vacib sayıb.

Tədbirdə iştirak edən Yevlax şəhər İcra hakimiyyətinin şöbə müdiri Xaliq Əliyev görüş iştirakçılarına iki ildə regionda görülən işlər və təmsil etdiyi qurumun fəaliyyətindən danışıb. Yevlax şəhəri İcra hakimiyyətinin hüquq şöbəsinin müdiri Vidadi Murtuzayev də ona yönələn müraciətlərin həllinə nail olduqlarını bildirib.

Tədbirdə çıxış üçün söz alan qazi mayor Bəhram Hüseynov son iki ildə respublikamızda sosial qrupların rifah halının yaxşılaşdırılması sahəsində gözlə görülən müsbət dəyişiklərdən danışıb. O eyni zamanda bəzi məmurların vəzifə səlahiyyətlərini tam dərk etməməsindən də gileylənib. Qazi Naxçıvan Muxtar Respublikasında qazi və veteranlara göstərilən diqqət və qayğını xatırladıb və ritorik sualla zala müraciət edib. O söyləyib ki, necə olur ki, ölkənin bir regionunda həssas qrupların- müharibə əlillərinin, veteranların, şəhid ailələrinin heç bir problemi açıq qalmır, hamsı həllini tapır, amma digər regionlarda qazilər, veteranlar, müharibə əlilləri üzləşdiyi maneələri aradan qaldıra bilmirlər? Bəzi yerlərdə hətta müharibə iştirakçıları arasında fərq qoyulur. İcra hakimiyyətlərində bəzi müharibə iştirakçılarını ev qeydiyyatına alırlar, bəzilərinin müraciətlərinə - ev qeydiyyatı yoxdur - deyə cavab verirlər. Əkin üçün torpaq sahəsi ayrılması ilə əlaqədar edilən müraciətlərə də həmçinin eyni aqibətdə cavab verilir.

Naxçıvanda qazi, şəhid ailələrinə olan qayğı yaxşı olar ki, digər regionlarda tətbiq edilsin.

Müzakirələrə qatılan Kərimov Mərdan, Qəmbərov Duman, Baxşəliyev Emin və başqaları üzləşdikləri problemləri dilə aldılar.

Tədbirdə iştirak edən hüquqşünaslar və icra hakimiyyətinin işçiləri qazilərin şikayətlərini dinlədilər və problemlərin həlli yollarını izah etdilər, onların suallarını cavablandırdılar. Görüş zamanı səsləndirilən təkliflərin qeydiyyatı aparıldı. Və sonda belə qərara gəlindi ki, təşkilatçılar müharibə iştirakçılarına ElTV-də efir vaxtı alsın və sosial qrupların maarifləndirilməsi sahəsində müzakirələr təşkil edilsin. Canlı efirdə hüquqşünaslar onlara yönələn sualları cavablandırsınlar.

Tədbirin sonunda iclasın moderatoru İnqilab Şirinbəyli bəyan etdi ki, görüşlərdə bəzi qanunlardakı boşluqlar barədə faydalı təkliflər edilib. Həmin təkliflər JQA-nın işçi qrupu tərəfindən sistemləşdirilib paket halına salınacaq və Milli Məclisə göndəriləcək.



Xəbər 1053 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.09.2024  15:43 

Göyçayda intihar hadisəsi olub

13.09.2024  15:36 

Azər Axşam ATV-dən getdi

13.09.2024  11:51 

Türkiyədə zəlzələ olub

11.09.2024  13:13 

Onu himayə edən kimdir? Polis?

10.09.2024  17:22 

Tanınmış model saxlanıldı

10.09.2024  15:17 

Şəfəq Novruz əməliyyat olunub


BÜTÜN XƏBƏRLƏR +