Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib


14.05.2021  09:11 

Youtube 1 milyon izlənməyə görə nə qədər pul ödəyir?





A+  A-

İnflunserlərin ən önəmli gəlir mənbələrindən biri olan Youtube-un Partnyor proqramı videolara yerləşdirilən reklamlar üzərindən kanal sahiblərinin pul qazanmasını təmin edir. Lent.az techland-a istinadən bildirir ki, partnyor proqramına kanalında ən azı 1000 abunəsi və 4 min izləməsi olan Youtube kanalları qoşula bilərlər. Tanınmış youtube kanalları da gəlirlərini artırmaq üçün bir-birindən maraqlı videolar istehsal edirlər. Youtube-da 100 min, 1 milyon və 150 milyon görüntülənməsi olan kanalların nə qədər qazanmasını sizlə paylaşırıq.

100 min baxış: 500 - 1000 dollar

8 il əvvəl məktəbdə oxuyan zaman youtube kanalı açan Natalie Barbu bu işə hobbi kimi başlasa da artıq onun üçün əsaslı bir gəlir mənbəyidir. Məktəbi bitirdikdən sonra moda və gözəllik haqqında videolar çəkən Barbu qısa zaman ərzində böyük gəlirlər əldə etməyi bacarıb...

Hazırda 257 min abunəsi olan Barbu həftəlik olaraq yüklədiyi videolarda gündəlik təcrübələrini paylaşır. 100 min görüntülənməyə sahib 20-dən çox videosu olan Barbu videoların 500-1000 dollar arası bir gəlir gətirdiyini bildirir. Videolardan əldə edilən gəlir isə reklam sayına görə fərqlənir.

1 milyon baxış: 2.000- 40.000 dollar

Youtube kanalları fərqlidir. Hər kanalın demək olar ki, özünə məxsus tərzi və kontenti var. Kontentlər fərqli olduğu kimi onlardan gələn gəlir də fərqlənir. Fərqli kontent istehsal edən kanal sahiblərinin bəziləri 1 milyon baxışa görə 2000 dollar qazandığı halda bəzilərində bu rəqəm nə az nə çox 40000 dollara qədər yüksələ bilir...

1.7 milyon abunəyə sahib olan Magiko Marina 1 milyon izlənmədən 10 min dollar gəlir etdiyi halda 844 min abunəli Kevin David 40 min dollar əldə edib. 165 min abunəsi olan Austen Alexander 6 min dollar qazandığı halda 1.4 milyon izləyicisi olan Shelby Church 1 milyon izlənən videolarından 2-5 min dollar arası gəlir əldə edib...

150 milyon baxış: 97 min dollar

Oyuncaq silahlarla bağlı videolar çəkən Paul Kousky PDK films adlı kanalında 10.9 milyon abunəyə sahibdir. Kousky-nin kanalında indiyə qədər ən çox gəlir əldə edən video isə Nerf Wardır. Dünya miqyasında viral olan video 150 milyon baxış əldə edərək AdSense üzərindən 97 min dollar gəlir əldə edib...

Xəbər 1892 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ


BÜTÜN XƏBƏRLƏR +