Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


14.02.2017  15:51 

“Flora Kərimova mükəmməl deyil” - Millət vəkili





A+  A-


Milli Məclisin deputatı, akademik Nizami Cəfərov Modern.az saytının suallarını cavablandırıb. 

XəzərNews.az onunla müsahibəni təqdim edir:

-Tez-tez şou-biznes aləmində qalmaqallar yaşanırdı. Amma son günlərdə bu qalmaqal muğam ifaçılarını – xanəndələri də əhatə etdi. Canəli Əkbərov digər həmkarlarını təhqir etdi...

-Mən bunu izlədim. Ancaq açığı bir söz demək istəmirəm. Çünki hamısı dostumdur. Bir az da işin içində deyiləm. Ona görə də bu məsələ barədə danışmaq istəmirəm.

-Milli Məclisdə də az çıxış edirsiniz. Heç yadıma gəlmir ki, 5-ci çağırış Milli Məclisin iclaslarından çıxışlar edəsiniz. 

-5-ci çağırış Milli Məclisin fəaliyyətə başlamasından 1 ildən çox vaxt keçib. Amma siz dediyiniz kimi də deyil. Çıxış etmişəm. Lakin mənə uyğun bir məsələ yoxdur ki, çıxış edim. Elə bir məsələ yoxdur ki, o qaranlıq qalsın və mənim izahıma ehtiyac duyulsun. Təbii ki, söhbət bizim sahə ilə bağlı məqamlardan gedir. Əslində çıxışları daha çox komitə iclaslarında edirik. Çox zaman hiss edirəm ki, Milli Məclisə artıq çıxışlar da olur. Həm vaxt alan, həm də mövzu ilə uyğun olmayan. Bu, Milli Məclisin tarixində həmişə olub. Bir də görürsən, deyək ki, kənd təsərrüfatı ilə bağlı məsələ müzakirə olunursa, kimsə öz şəxsi problemini qaldırır. Kimin kəndində nə problem var, deyir. Yəni, bu da düzgün deyil. Gərək predmet üzrə fikir səsləndirilə. Mən hələlik çıxış etməyə zərurət hiss etmirəm. 

-Özünüz yeni bir qanun layihəsi üzərində işləyirsinizmi? 

-Xeyr. Hələlik, bizim komitədə yeni qanun layihəsi üzərində iş getmir. 

-Zaman-zaman bəzi sənət adamlarından, yazıçı və ya şairlərdən fəxri adların geri alınması üçün fikirlər səsləndirilir. Bununla bağlı Milli Məclisdə məsələ qaldırmağa ehtiyac varmı?

-Hesab edirəm ki, yavaş-yavaş ənənə yaranıb. Bir vaxtlar çox tez-tez kimlərsə “xalq şairi”, “xalq yazıçısı” adı alırdılar. Artıq bu proses tədricən azalıb. Tədricən “əməkdar artist”, “xalq artisti” fəxri adlarının verilməsində də məhdudiyyətlər qoyulmalıdır. Daha çox orden, medal, mükafat təltifləri özünü doğruldur.

-Elə bir şəxs adı çəkə bilərsinizmi ki, “xalq şairi”, “xalq artisti” ya da “xalq yazıçısı” adına layiq olmasın? 

-Belə halları siz də görürsünüz, mən də.

-Mən sizin dilinizdən eşitmək istəyirəm. 

-Kiməsə “əməkdar artist”, “xalq artisti” adları subyektiv verilmir. Yəni, bir “xalq artisti” ya da “əməkdar artist” adı verilirsə, bu, onun sənətinə görədir. Amma sənət hər şey demək deyil. Lakin görürsən elə münaqişələr ortaya çıxır ki, bunlar şəxsi müstəvidə olur. Eləsi var ki, başına oyun açırlar, eləsi də var ki, camaatın başına oyun açır. Buna görə də münaqişələr başlayır.

Sonra da dərhal cəmiyyətdə məsələ qaldırırlar ki, kimdənsə fəxri ad geri alınsın.  Dünyada insana nə cəza versən, hətta güllələnmək cəzası da versən, bu daha məqbuldur. Nəinki adama verilən adı əlindən almaq almaq. 

-Bu yaxınlarda Flora Kərimova yenə Zeynəb Xanlarovanı tənqid etdi. Zeynəb Xanlarova bu ittihamlara cavab vermir. Buna nə ehtiyac var axı? 

-Zeynəb Xanlarova bizim mədəniyyətimizdə, ictimai həyatımızda xüsusi bir hadisədir. O, şəxsiyyətdir. O, tək müasirlik deyil, həm də böyük bir tarixdir. Onda xarakter, şəxsiyyət formalaşıb və bina görə də mükəmməldir. Zeynəb xanımın əleyhinə kimsə nəsə bir söz deyirsə, demək ki, naqislik ondadır. Zeynəb xanım kimi sənətkarlar  artıq abidəyə çevrilib. Ümumiyyətlə elə şəxslər var ki, onlar haqqında ya müsbət danışmaq lazımdır, ya da heç danışmamaq. Məsələn, Hüseyn Cavid, Səməd Vurğun, Niyazi, Anar, Elçin və sair. Bunlar artıq bir etalondurlar. 

-Flora Kərimova bəs niyə belə danışır? Ona heçmi haqq vermək olmaz? 

-Xeyr, haqq vermək olmaz. Flora Kərimova belə hərəkət edirsə, demək ki, Flora xanım hələ mükəmməl deyil. Yəni, Zeynəb xanım haqqında elə söz demək olmaz. Gərək deməsin. Flora xanım da hər halda müdrik adamdır, böyük sənətkardır. Ancaq Zeynəb xanım haqqında söz demək onlara heç bir xeyir verməyəcək. Əksinə, bu sözü deyənin özü barəsində mənfi təsəvvürlər yaranacaq.



Xəbər 2699 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +