Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO


30.08.2018  11:19 

Rusiyadan yeni atom HƏMLƏSİ





A+  A-

Rusiya hazırda dənizlərdə gücünü daha çox sualtı hakimiyyət üzərində qurub. Lakin ona su üzərində də dominantlıq lazımdır. Bunun üçün əlində olan yeganə təyyarə daşıyıcısı “Admiral Kuznetsov”u təmirə göndərsə də bu deyəsən onu qane etməyib.
“Kuznetsoz” atom mühərrikli deyil. Həm də ki rəqib ABŞ-ın sahib olduğu təyyarə daşıyanlar bu gəmini parametrlərinə görə geridə qoyur.

Rusiya hazırda təyyarə daşıyıcılardan yeganə “Admiral Kuznetsov”a sahib olduğu halda, ABŞ ondan iki dəfəyədək böyük 10 bu tipli gəmiyə sahibdir. Bu da Rusiyanın bu sahədə nə dərəcədə geri qaldığını göstərir. Nümunə üçün qeyd etmək lazımdır ki, “Admiral Kuznetsov” 55 min ton su tutumuna malik olduğu halda, ABŞ-ın istehsalı olan “Nimitz” tipli təyyarə daşıyıcıları 106 min tona kimi su tutumuna malikdir. Hazırda ən böyük gəmi də elə ABŞ-a məxsus “Karl Vinson” gəmisidir ki, 106 min su tutumuna, 4 turbinli 2 reaktorlu atom mühərrikinə və 6300 nəfərlik nəhəng heyətə malikdir.

XəzərNews.az bildirir ki, Modern.az bütün bunları nəzərə alaraq Rusiyanın bu sahədə gördüyü işlərə nəzər salıb.

Rusiyanın artıq bu sahədə ciddi işlərə başladığını söyləmək olar. Bunun üçün şərq sahillərində artıq nəhəng gəmiqayırma zavodu tikintisinə başlanılıb.

“Şərqdə yeni nəhəng gəmiqayırma zavodu və quru doklar tikməklə artıq 2020-ci ilə 110-115 min ton su tutumuna malik təyyarə daşıyıcıları hazırlayacağıq” – baş nazirin müavini Dimitri Roqozin bildirib.

Qeyd etmək lazımdır ki, yeganə təyyarə daşıyan gəmi hələ 1987-ci ildə suya buraxılan, 55 min ton su tutumuna malik “Admiral Kuznetsov” olsa da, daha bir layihə də olub. Bu tikintisi tam başa çatmayan və 1992-ci ildə sökülən “Ulyanovs” atom təyyarə daşıyıcısıdır. Bu gəmi 85 min ton su tutumuna malik olmalı idi.

Buna görə də Rusiyanın bu sahədə ciddi texnoloji geriliyi olduğunu söyləmək olar. Belə ki, tək gəmiqayırma zavodu və nəhəng quru doklarla iş bitmir. Eyni zamanda lazımi texnologiyaya da sahib olmaq lazımdır.

Analitiklər nüfuzlu “The National İnterest” nəşrinə Moskvanın şərqdə tikdiyi nəhəng obyektlərin sadəcə kommersiya məqsədi daşıdığını bildiriblər. Onların sözlərinə görə bu obyektlər hərbi texnika üçün deyil, əsasən mülki gəmilər üçün nəzərdə tutulub.

Bundan əlavə Rusiya Dəniz Qüvvələrinin Gəmiqayırma idarəsinin rəhbəri Vladimir Tryapiçnikov da mətbuata bu sahədə görülən işlər barədə danışıb.

“Bu gün mühərrik işə salınıb, biz bu mövzu üzərində çalışırıq. Və yaxın zamanlarda hansısa bir konsepsiya təsdiq olunacaq. Bəli, bahalıdır amma bu gəmi olmalıdır” – deyə bildirib.

TASS agentliyi isə Rusiyanın artıq 2030-cu ilə bu tipli gəmilərdən birinə sahib olmağı planlaşdırdığını xəbər verib.

Lakin ekspert Deyv Madjumbar bunu mümkünsüz hesab edir. O, SSRİ dövründə istehsal edilən təyyarə daşıyıcıların indi müstəqil və eyni zamanda gərgin münasibətlərin olduğu Ukrayna ərazisində (“Nikoloyeva” gəmiqayırma zavodu) yerləşdiyini söyləyib.

Ekspertin sözlərinə görə, Rusiyanın bu sahədə texnologiyaları itirdiyini də nəzərə alsaq, məsələ mümkün görünmür.

Burada həmçinin bu gəminin nəhəng xərclərə başa gəldiyini də nəzərə almaq lazımdır. Rusiya Dəniz Qüvvələri bu gəmiyə ehtiyac olduğunu bildirsə də Kreml hələ də bu sahədə qəti qərara gəlməyib.

Ekspert Madjumbar isə Rusiyanın sərhədlərində təsir gücünü artırmaq məqsədi ilə daha çox desant helikopter daşıyıcısına sərmayə qoyacağını məntiqli sayır.

Xəbər 1459 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +