Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ
Ersin Tatarın Azərbaycana səfəri başlayıb
Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ
Prezidentdən pensiyalarla bağlı qərara MÜHÜM DƏYİŞİKLİK
FTX Azərbaycan diasporunun ofisində əməliyyat aparıb - Saxlanılanlar var
Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto
İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...
Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?


31.10.2017  10:12 

Məşhurlar Fədayədən yazdı: “Onun bacısı və anasının ...”





A+  A-

Həmkarları qaçan məhbuslara kömək etdiyi üçün həbs olunan Fədayə Laçına dəstək olub. Onlar müğənninin hərəkətinə görə təəssüfləndiklərini, ona baş verənləri yaraşdırmadıqlarını qeyd ediblər.
XəzərNews.az Fədayə Laçının həbsi ilə bağlı məşhurların açıqlamalarını təqdim edir:

Əməkdar artist Lalə Məmmədova:

“Ehhh...Təmiz qəlbli, saf Fədayəm mənim. Bir bilsən, necə pisəm...Əzizlərim, heç vaxt, heç kəsi qınamayın. Sabah başımız gələcək hansısa bəladan, səhv addımdan heç birimiz sığortalı deyilik. Tale elə gətirdi ki, Fədayə ilə illərdir eyni sənətdə olsaq da, yalnız son iki il dostlaşdıq. Əvvəllər onun tək ifasını bəyənirdimsə, sonradan uşaq kimi saflığına, dürüstlüyünə heyran oldum. Son çıxan xəbərlərlə bağlı yalnız bunu deyəcəm: Fədayə saf sevginin qurbanı oldu. Onun bacısı və anasının halını anlayıram. Allah səbir versin. İnanıram ki, bu qorxulu yuxu tez bitəcək və sən yenidən aramıza qayıdacaqsan”.

Əməkdar artist Elza Seyidcahan:

“İnsan olan kəs bu ifanın qarşısında ya məhv, ya da adam olar. Kimisə qınamaq olmaz. Ay Fədayə, kaş deyilən sözlər yalan olardı. Sən özün hər zaman hər şeyin yerini bilən, qabiliyyətli, mərd, səmimi və qanunlarımıza hörmət edən bir xanım olmusan. Bu nə işdir?”

Rəqsanə İsmayilova:


“Bəzən başımıza nə gələcəyini bilmirik. Biz nədənsə yıxılana balta vururuq. Həyatda heç kim heç nədən sığortalanmayıb. Biz də insanıq, nə olsun ki, müğənniyik? Qanun hamımız üçündür, amma çox pis oldum. Allah ailəsinə səbr versin. Fədayə ilə yaxın dost olmasam da, bir qadın, ana kimi üzüldüm. Allah yolun açıq etsin. Biz sənətdə olan insanlar belə gün olanda heç bir zaman bir-birimizə kömək olmuruq. Allah şeytana lənət eləsin. Türkiyədə Deniz Seki tutuldu, bütün müğənnilər ona dəstək oldu. Səhv hamının həyatında bir dəfə olur. Biz ancaq insanları baltalayıb başına bir iş gələn kimi yıxmağa çalışırıq. Sevmək gözəldir, hər bir insan sevə bilər. Axı sevgi heç bir sərhəd tanımır. Bu sevginin sonu belə acılı sonluqla bitir”.

Tacir Şahmalıoğlu:

“Mən də bir eloğlu kimi Fədayə xanımın həbsinə üzülənlərdən biriyəm. Allah yolunu açsın”.

Xəbər 1968 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.07.2024  17:32 

Ozan Akbaba Bakıya gəlib -Foto

10.07.2024  17:16 

Hüseyn Həsənov Rusiyadan qaçıb

09.07.2024  07:10 

Tanınmış meyxanaçı vəfat edib

01.07.2024  16:20 

Damla İranda konsert verib -Video


BÜTÜN XƏBƏRLƏR +