İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ


07.06.2023  17:51 

Cərimələrin artırılmasına ETİRAZ





A+  A-

Son 10 ildə avtomobil yollarında qəzaların və ölüm hallarının azaldılması üçün müxtəlif tədbirlər görülür. İlk dəfə 2014-cü ildə Rusiya istehsalı olan avtomobillərin idxalına qadağa qoyuldu. Çünki, Rusiya avtomobillərində təhlükəsizlik yastığı və ABS sistemi yox idi. Lakin bu tədbir elə bir səmərə vermədi. Bundan sonra inzibati cəza tədbirləri gücləndirildi. Qayda pozuntularına görə cərimələrin həcmi artırıldı.

Bu ilin əvvəlində isə paytaxtın əksər küçə və prospektlərində sürət həddi aşağı salındı. Lakin, bütün bu tədbirlərə rəğmən hər gün ölümlə nəticələnən avtoqəzalar olur. Bu günlərdə isə parlamentdə İnzibati Xətalar Məcəlləsi yenidən müzakirəyə çıxarılıb. Deputatlarımız sürət həddini aşmaya görə cərimələrin həcmini yenidən artırmaq istəyirlər.

Bəs, bu cür inzibati tədbirlər avtoqəzaların azalmasına səbəb olacaqmı?

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, indiki vaxtda inzibati yolla heç bir problemi həll etmək olmaz:

“Zaman dəyişib. İnsanlar inzibati metodlardan bezib. Maarifçilik ənənələrinə sadiqlik nümayiş etdirirlər. Yəni avtoqəzaların sayını azaltmaq üçün cəza tədbirlərini artırmaq yox, sürücülərin savadlılığının artırılmasına çalışmaq lazımdır. Bu gün çoxlarının necə sürücülük vəsiqəsi əldə etdiyini hamı yaxşı bilir. Ən adi yol hərəkət qaydasını bilməyən sürücü isə potensial qəza törədicisidir. Çünki, sürücülük vəsiqəsi alanda ondan yol hərəkəti qaydasını necə bildiyi soruşulmayıb.

Ona görə də avtoqəzaların sayı günbəgün artır. Biz bu faciənin qarşısını almaq istəyiriksə, hökmən sürücülük vəsiqəsinin alınması prodsedurunu şəffaflaşdırmalıyıq. Hər kəs savadına və biliyinə görə sürücülük vəsiqəsi almalıdır”.

Əhməd Qəşəmoğlunun digər bir təklifi ondan ibarətdir ki, yol hərəkəti qaydasını kobud şəkildə pozan sürücüyə cərimə yazmaqla yanaşı, onu yenidən təhsilə yönəltmək lazımdır ki, gedib oxuyub yol hərəkəti qaydasını öyrənsin:

“Nə qədər ki, sürücülərimiz zəruri qaydaları bilmirlər, o qədər də avtoqəzalar qaçılmaz olacaq. Və bu qəzaların qarşısını heç bir cəza tədbiri ala bilməz. Çünki, dahi Nizami demişkən, “qüvvət elmdədir”.

Xəbər 1112 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək

03.08.2024  18:58 

Laçında mina hadisəsi baş verib

03.08.2024  18:54 

Sumqayıtda bıçaqlanma olub

03.08.2024  15:39 

İranda nə baş verir?

02.08.2024  14:40 

Rza Rzayev azadlığa buraxılıb

01.08.2024  12:01 

Hikmet Elp mükafatlandırıldı


BÜTÜN XƏBƏRLƏR +