10.02.2017 14:06
Bərdə rayonu İcra Hakimiyyətinin sabiq işçisinin qətlini sifariş verməkdə təqsirləndirilən Günel Süleymanova, onun atası Rasim Süleymanov, cinayəti icra edənlər - Ramil Hüseynli, Ramin Həsənov və Əlikubar Kübarovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb
Ötən ilin aprelin 11-də, saat 05.30 radələrində Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, 3 saylı binanın qarşısında 1973-cü il təvəllüdlü Hüseyn Qasımova odlu silahla xəsarət yetirilib.
Qadın və kişinin birgə cinayəti
Müəyyən edilib ki, aprelin 9-da 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ramil Hüseynli tanışı Günel Süleymanova ilə qabaqcaqdan əlbir olub Hüseyn Qasımovu 40.000 manat müqabilində öldürmək barədə razılığa gəlib.
Aprelin 11-də Hüseyn Qasımov binadan çıxaraq avtomobilinə oturmaq istəyib. Bu zaman Ramil Hüseynli "Kalaşnikov" markalı avtomat silahdan Hüseyn Qasımova bir neçə atəş açıb. O, qətl sifarişini başa çatdıra bilməyib. Daban nahiyəsindən güllə yarası alan H.Qasımova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Dələduzluq
Bundan başqa Günel Süleymanova atası Rasim Süleymanovla qabaqcadan əlbir olaraq Hüseyn Qasımovun etibarından sui-istifadə edib, sonuncunun oğlu Orxan Xəlillinin həbsdən azad olunmasına köməklik edəcəyini vəd edərək külli miqdarda pulunu ələ keçiriblər.
Ramil Hüseynli, Ramin Həsənov və Əlikubar Kübarovun daha bir cinayəti "AS Club" barında olub. Onlar barın sahibini döyüblər.
Keçirilmiş əməliyyat nəticəsində Ramil Hüseynlinin kirayədə yaşadığı evdən 1 ədəd "AKM" markalı avtomat silah və içində 22 ədəd patron olan daraq aşkar edilərək maddi sübut kimi götürülüb.
5 maddəli cinayət işi
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29.120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə),186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham edilirlər.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə gönədrilib. İş hakim Samir Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılır.
Məhkəmədə ifadə verən Günel Süleymanova elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, qeyd edib ki, zərərçəkmiş Hüseyn Qasımovu öldürmək fikri olmayıb, onun qətlə yetirilməsi ilə bağlı Ramil Hüseynliyə sifariş verməyib: "Məqsədim Hüseyn Qasımovu cəzalandırmaq olub".
Günel Süleymanovanın sözlərinə görə, Hüseyn Qasımovu döyərək qorxutmağı Ramil Hüseynliyə tapşırıb: "Hüseyn mənimlə zorla cinsi əlaqədə olmuşdu. O, bu hərəkətlərini videoya çəkmişdi. Ondan video-diski almaq istəmişəm".
Günel Süleymanova qeyd edib ki, bu məsələni Ramil Hüseynliyə danışıb: "Ramil dedi ki, məndə snayper var, onu uzaqdan vuracam, çənəsi sınacaq".
"Dedim ki, qonaqdır, niyə belə edirsən..."
Ramil Hüseynli daha sonra ifadəsində "AS Club"da törətdikləri davadan danışıb: "Ukraynadan Andrey adlı qonağım gəlmişdi, onu "AS Club"a əylənməyə apardım. Biz masada oturduğumuz yerin yaxınlığında "AS Club"un direktoru dayanmışdı. Ukraynadan gələn qonağımız həmin şəxsdən su gətirməsini istədi. O da ofsinat olmadığını, bu sifarişləri ofisianta deməyi tapşırdı. Bu zaman onların arasında dava düşdü. Davaya mən də qarsıdım. Həmin şəxsin adı Kamal idi, məni də yaxşı tanıyırdı. Soruşdum ki, nə baş verib. Dedi ki, mənə su gətirməyi buyurub. Ona dedim ki, qonaqdır, niyə belə edirsən, su istəyir gətir, su gətirsən xəncəriyin qaşı düşəcək? Bu zaman Andereyi sakitləşdirdik, onu yerinə otuzdurduq. Mən ümumiyyətlə içki içən adam deyiləm. Bu zaman mübahisəyə dostum Ramin qarışdı, ara qarışdı, dava oldu. Bu zaman ora polislər gəldi. Onlar bizim izahatımızı aldılar".
Ramil Hüseynli daha sonra ifadəsində "Günəş" hamamında baş verən dava ilə bağlı ifadə verib. O, qeyd edib ki, hamamda olduğu zaman beş nəfərin bir nəfəri döydüyünün şahidi olub: "Soruşdum ki, onu niyə döyürsüz. Mənə kobud cavab verdilər. Mən də onları döydüm. Həmin vaxt məndə bıçaq olmayıb, heç kimin üstünə bıçaq çəkməmişəm. Orada çəkilişdə olub, həmin çəklişlərə baxanda müəyyən olunacaq ki, məndə bıçaq olmayıb".
"Gördüm ki, pulu var"
Ramil Hüseynlinin sözlərinə görə, Günel Süleymanovadan bir nəfərin qətlə yetirilməsi ilə bağlı sifariş alıb: "Günel ilə danışdım, dedim ki, bu məsələni həll edəcəm. Danışanda bildim ki, Güneldə yaxşı pul var. Ona özümü təriflədim, dedim ki, bu işi problemsiz görə bilərəm. Məndə silah olmayıb. Onun pulunu ələ keçirmək üçün silahımın olduğunu demişəm. Gördüm ki, pulu var, dedim, pulu ver, silah alım".
Ramil Hüseynli qeyd edib ki, həmin vaxt pula ehtiyacı olub: "Bunu tanışım Raminə danışdım. Ramin də dedi ki, nə məsələdir, gətir, görüşək. Raminə dedim ki, Günelin babat pulu da var. Dedi ki, aldat, gətir, onun pulunu alaq. Dedim ki, söhbət 30-40 min manatdan gedir. Dediyi şəxsi döyəndən sonra 30-40 min manatı bizə verəcək. Sonra Günel ilə görüşdüm. Günel dedi ki, öldürmək lazım deyil, döyün, məni diskə çəkib, həmin diski ondan alın. Günel deyirdi ki, ona ancaq disk lazımdır. Mən də onunla razılaşdım".
Ramil Hüseynli bildirib ki, silahı almaq üçün 1200 manat lazım olub. Həmin pulu Güneldən aldığını, amma silah almadığını deyib. O, daha sonra ifadəsində Hüseyn Qasımovu öldürmək məqsədilə özündə olan tapança ilə vurduğunu deyib: "Hüseyni vurandan sonra evə gəldim. Həmin gün səhər Günel ilə görüşdük. Günel dedi ki, niyə silahla vurmusuz, işlər korlanıb. Günel dedi ki, onu döyməyi tapşırıb. Sonra Günel saat 12-də görüşməyi, pulu verməyi təklif edib. Biz görüşə bilmədik, həbs olunduq".
Adam oğurluğuna görə 12 il həbsdə yatan Ramil Hüseynli qeyd edib ki, hadisə zamanı istifadə etdiyi "AKM" markalı silahı vaxtilə Qazaxıstandan 28 min rubla alıb: "Avtomat silahlı həmişə meşədə saxlamışam. Ondan ancaq meşədə istifadə etmişəm". (teleqraf.com)
Proses fevralın 15-də davam edəcək.
|
10.11.2024 16:29
09.11.2024 17:59
09.11.2024 17:53
09.11.2024 16:29
09.11.2024 16:24
09.11.2024 16:17
09.11.2024 16:12
08.11.2024 15:49
08.11.2024 14:13
Mədəniyyət və dəbin bir araya gəldiyi məkan: İstanbulda alış-veriş terapiyasına qoşulun
08.11.2024 12:24
08.11.2024 12:11
08.11.2024 12:02
08.11.2024 10:40
07.11.2024 16:49
07.11.2024 16:11
“Bizi həbs etdirmək istəyir“ - Riad Rəfiyev jurnalistləri hədələyir?
07.11.2024 16:07
Mask Trampa 130 milyon maya qoydu, 15 milyard dollar irəli düşdü
07.11.2024 16:02
06.11.2024 15:21
06.11.2024 13:04
“Diaspora nədir?“ sualına... -Paytaxt sakinlərinin reaksiyası -Video
04.11.2024 19:50
Türkiyə bu ili turizm sahəsində rekord nəticələrlə bağlayır -Fotolar
03.11.2024 23:19
03.11.2024 22:57
03.11.2024 22:45
02.11.2024 21:19
02.11.2024 19:43
02.11.2024 19:36
02.11.2024 15:56
01.11.2024 20:55
01.11.2024 17:41
01.11.2024 17:33
01.11.2024 11:04