10.02.2017 22:04
İtkin kimi axtarışda olan gənc qızın sevgilisinə qoşulub qaçdığı ortaya çıxdı.
XəzərNews.az-ın "Xəzər TV"yə istinadən məlumatına görə, Göyçayın Veysəlli kənd sakini, 21 yaşlı Sevinc Nəzərova 4 gün əvvəl yaşadığı evdən çıxaraq geri qayıtmayıb. Valideynləri onun tapılması üçün tədbirlər görsə də, nəticəsi olmayıb. Sonradan isə Sevinc Nəzərova anasına zəng edərək ailə qurmaq məqsədilə sevdiyi oğlana, Ağdaşın Xosrov kənd sakini, 22 yaşlı Hüseyn Əlizadəyə qoşularaq evdən getdiyini bildirib. Gənc qız valideynlərinin onu zorla başqa oğlana ərə vermək istədiyi üçün belə etdiyini deyir.
Hazırda bu iki gəncin məhəbbəti onları dərdə salıb. Çünki onlar bir-birinə qoşulub qaçsalar da, xoşbəxt ola bilmirlər. Belə ki, bir ildir bir-birlərini sevdiklərini deyən Hüseyn və Sevinc gizlənmək məcburiyyətində qalıblar. Oğlanın valideynləri qız evinin təzyiqi ilə üzləşdiklərini deyirlər. Sevinc Nəzərovanın yaxınları iki dəfə Xosrov kəndinə, Hüseyn Əlizadənin evinə gedərək onların yerini öyrənmək istəyiblər. Gənclər hazırda olduqları yeri valideynlərinə də bildirmirlər.
Valideynlər qızın zorla qaçırıldığını iddia edir və polisə müraciət ediblər. Sevinc yeniyetmə olmadığı üçün valideyinlərinə müraciət edərək həqiqətən öz razılığı ilə qaçdığını bildirib.
Gənclər hələlik qonşu rayonların birində qohumularının evində yaşayırlar.
|
10.07.2024 17:32
10.07.2024 17:16
10.07.2024 16:15
10.07.2024 16:08
Pezeşkianı dəstəklədiklərinə görə iş adamları cəzalandırıldı
10.07.2024 11:25
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ
09.07.2024 17:46
09.07.2024 16:38
09.07.2024 13:02
09.07.2024 11:44
Beynəlxalq güclərin YENİ MÜHARİBƏ PLANI – Zəngəzur dəhlizi ilə bağlı İRƏLİ SÜRÜLƏN TƏLƏBLƏR
09.07.2024 07:10
08.07.2024 20:10
Qubada “Cinayətkarlığa qarşı mübarizə“ adlı tədbir keçirilib -Foto
08.07.2024 19:18
08.07.2024 13:57
06.07.2024 18:01
06.07.2024 10:40
06.07.2024 10:38
Tikinti şirkəti sakinin evinə ziyan vurdu -DİN hərəkətə keçdi
05.07.2024 15:40
04.07.2024 22:35
04.07.2024 15:49
04.07.2024 10:44
03.07.2024 15:37
03.07.2024 12:32
03.07.2024 11:16
01.07.2024 18:00
01.07.2024 16:45
01.07.2024 16:20
01.07.2024 16:08
01.07.2024 16:06
01.07.2024 14:46
01.07.2024 11:39
Evindən sürüklənərək çıxarılan qadın - “Zinət əşyalarım, pullarım dağıntılar altında qaldı“ - VİDEO
01.07.2024 11:34