Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ
Ersin Tatarın Azərbaycana səfəri başlayıb
Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ
Prezidentdən pensiyalarla bağlı qərara MÜHÜM DƏYİŞİKLİK
FTX Azərbaycan diasporunun ofisində əməliyyat aparıb - Saxlanılanlar var
Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto
İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...
Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib


15.12.2021  07:15 

HANSI VİCDANSIZ YEYİB O MİLYONLARI?





A+  A-

Bu gün AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının 2021-ci il üçün son iclası keçiriləcək.

Deyilənə görə, iclasda Azərbaycan Respublikası Prezidentinin 29 may 2012-ci lldə Dilçilik İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün akademiyaya ayırdığı 2 milyon manatın aidiyyəti üzrə xərclənməməsinə, Sərəncamla manipulyasiya edilərək tələsik "tərcümə" edilib 2013- 2014-cü illərdə nəşr olunan, həm dilçilik elminə, həm də Ana dilinə həqarət olan və külli miqdarda pullar mənimsənilən rüsvayçı kitabların (mən hələ kompüterlərə, gərəksiz musiqi mərkəzlərinə və s. silinən pulları demirəm) taleyinə aydınlıq gətiriləcək. Bu işə məsul olan akdemik, icraçı doktor, dosent və professorlar töhmətləndiriləcək, ciddi tədbirlər görüləcək və s.

Qeyd edim ki, həmin vaxt 2 milyon AZN təqribən 4 milyon ABŞ dollarına bərabər idi!!! Hanı o pullar?

Azərbaycan dilçiliyinə arxadan zərbələr endirib qabaqdangəlmişlik edənlər kimlərdir?

Hansı həqir və vicdansız yeyib o milyonları?

Dilçilik İnstitutunu komaya salmaqla kimlər varlanıb, dəstə yaradıb və "avtoritet"ə çevriliblər?

Adını alim-akademik qoymuş belə binamus zatların üzündən neçə-neçə namuslu Azərbaycan ailəsi əzab çəkir, ehtiyac burulğanında qıvrılır, öz Vətənində ortabab tibbi yardımdan məhrum olaraq şikəst edilir.

Akademik toxunulmazlıq qazanaraq Ana Vətən Azərbaycana, yəni öz anasına, dövlətinə, qanunlarına, rəhbərinə xəyanət edib qudurmuş büdcə siçovullarının ərköyün balaları hamımızın doğma anası olan Azərbaycanımızı iliyinə qədər gəmirirlər.



PS. Akademşəbəkənin qəbih və müstəqbəh üzvləri öz əməllərini ört-basdır edib xəyanət etdikləri dövlətdən qorunmaq üçün min hoqqadan çıxır, saxta sədaqət libasını üst-üstə geyinirlər, utanmadan, qızarmadan haqdan, ədalətdən, elmdən, irfandan, xidmətdən dəm vururlar.

Bir deyən yoxdur ey alimi-şərir, axı pulları yeyibsənsə, elm haradan olacaq? Məgər boş danışıq, reklam, elan və vədlərdən elm hasil olur?

Ey akademiklər, ölkə Prezidenti o milyonları ayırmışdı ki, dilçilik elmi inkişaf etsin. Bəs siz nə etdiniz? O pulların başına daş salmaqla dilçiliyimizi şikəst etdiniz.

Vicdanınız ağrımadımı?

Xalqın, dövlətin sizə olan inancını xunxarcasına istismar etməyə necə qıydınız? İndi də düşüncələrdə xaos yaradıb real səbəbi - pulları kobud şəkildə yeməyinizi gizlətməyə çalışır, boş-boş danışır, milləti rəncidə edirsiniz.

Sizi nə Allah, nə də Azərbaycanın övladları əfv edəcək! Sizi axirətdə acı bir əzab gözləyir. İlahi təqdirin sizi bu dünyada da rüsvay edəcəyinə (ləkum xizyun fi-d-dunyə...) zərrə qədər şübhəm yoxdur.

İdris Abbasov
Professor


Xəbər 1064 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.07.2024  12:21 

Məşhur aktyor Şuşada -Foto

10.07.2024  17:32 

Ozan Akbaba Bakıya gəlib -Foto

10.07.2024  17:16 

Hüseyn Həsənov Rusiyadan qaçıb

09.07.2024  07:10 

Tanınmış meyxanaçı vəfat edib

01.07.2024  16:20 

Damla İranda konsert verib -Video


BÜTÜN XƏBƏRLƏR +