Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib


24.06.2019  22:07 

AST Telmanın cəzasını oğluna kəsdilər





A+  A-

Çernoqoriyada Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun oğlu Ələkbər İsmayılovun səhmlərinə həbs qoyulub.
XəzərNews.az Rusiya KİV-nə istinadən xəbər verir ki, söhbət “Sanata”, Montenegro Management Group” və “Casino Avala Budva”dan gedir. Xüsusilə “Avala” kazinosu Ələkbər İsmayılovun Çernoqoriyada ən çox ziyarət edilən məkanıdır. Kazino məşhur çimərliklərdən birinin yaxınlığında Budvanın tarixi hissəsində yerləşir.

Podqoritsa şəhər məhkəməsi VTB bankın vəkillərinin müraciətini təmin edib. Onlar Telman İsmayılovun banka olan borcuna görə Ələkbər İsmayılov əleyhinə iddia qaldırıblar.

Xatırladaq ki, T. İsmayılov bir neçə il əvvəl VTB-yə məxsus BM-bankdan ümumilikdə 230 milyon dollardan çox kredit götürüb. Götürülən kreditə görə İsmayılovun özü və nəzarətində olan “Tandum Ltd” Kipr şirkəti zamin durub. Ancaq borclular kredit ödəməyi tədricən dayandıraraq banka 15 milyard rubldan çox borclu qaldılar.

Xatırladaq ki, Telman İsmayılov Rusiyada müflis elan edilib. Yaxın vaxtlarda onun Rusiyadakı bütün daşınmaz əmlakının satışa çıxarılacağı gözlənilir.

2017-ci ilin noyabrında iş adamına qarşı Rusiyada 2 cinayət işinin təşkili ittihamı ilə iş açılıb və İnterpol xətti ilə axtarışa verilib.


Xəbər 1259 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ


BÜTÜN XƏBƏRLƏR +