25.08.2022 11:20
Ukrayna niyə müstəqilliyə haqq edir?
Ukrayna xalqının müstəqllik günün təbrik edirik! Bir cümlə ilə yox, Ukrayn xalqı haqqında düşüncələrimi və keçdiyi siyasi yola nəzər salmaq istədim...
Qlobal siyasi tendensiyalar və xalqın səfərbər olmaq əzmkarlığı Ukraynanı sərt və çətin seçim qarşısında saxlayırdı. Beləliklə, artıq yol Avropaya istiqamət alıb.
Avroatlantik məkana inteqrasiya yolu tutmuş Ukraynanı bu yoldan saxlamaq üçün Putinizm çeşidli yollara əl atdı.
Ukraynanın Avropa ailəsinə qovuşmaq istəyinə Rusiyanın çox ciddi müqaviməti və sərt reaksiyası lap əvvəldən sezilirdi. Hətta 2014-cü ildə Ukraynanın Aİ-nin Şərq Tərəfdaşlıq Proqramında fəal mövqe ifadə etməsi Rusiyanı ciddi qıcıqlandırmışdı. 2014-cü ilin 2-ci rübündən başlayaraq Rusiyanın böyük qaz ixracatçısı “Qazprom” şirkəti Ukraynaya satdığı qazın qiymətini heç bir əsas olmadığı halda birdən-birə qaldırmağa başladı. Əgər bu konfliktdən qabaq “Qazprom” şirkəti 1000 kubmetr qazı 268 dollara satırdısa, sonradan həmin qazı 385 dollara satmağa qərar verdi. Nə qədər gülünc görsənsə də, “Qazprom”un idarə heyətinin sədri Aleksey Miller bu addımın səbəbini Ukrayna tərəfinin qaza olan borcunun ödənilməsini gecikdirməsi ilə əlaqələndirmişdi. Yəqin ki, bundan sonra belə absurd “arqument”ə sahib şirkətlə dünyada heç bir digər şirkət və ya dövlətin sivil ticarət münasibətlərindən danışmaq mümkün olmazdı. Bu fərqdən yaranmış məbləğ isə 1.7 milyard dollar həcmində qiymətləndirilərək Ukraynadan tələb edilməyə başlanıldı. Müqayisə üçün bildirək ki, bu məbləğ Aİ müştərilərinə təklif olunan qiymətdən, demək olar ki, təxminən 2 dəfə çoxdur. Artıq Ukraynaya Rusiyadan gələn qazın həcmləri sıfır təzyiqə endirildi.
Rusiyanın 2022-ci ilin fevral ayında Ukraynaya qarşı başlatdığı müharibədən sonra isə dünyada enerji blokadasına alınan isə Ukrayna yox, elə Rusiya oldu.
Rusiyanın Ukraynanın mərkəzində dinc vətəndaşlara qarşı divan tutduğu hərbi əməliyyatlardan sonra sivil dünya antirusiya cəbhəsində birləşməyə başladılar.
Ukraynanın bütün mənalarda müdafiəsi təqdirəlayiqdir. Əgər 2008 və 2014-cü illərdə beynəlxalq birliyin hərtərəfli dəstəyi hiss olunsaydı, digər dövlətləri də avroatlantik məkana doğru kurs seçilməsi motivasiya oluna bilərdi. Bu avroatlantik strukturlara inteqrasiya yolu tutacaq digər dövlətlər üçün pozitiv mənada yeni bir cığır açmış olardı. Etiraf edək ki, 2008 və 2014-cü illərdə Qərb və Aİ Gürcüstana və Ukraynaya münasibətdə belə müdafiə istehkamı qura bilməmişdi.
Məhz kollektiv Qərbin bu strateji səhvi üzündən postsovet məkanında bəzi dövlətlər asanlıqla Rusiyanın nəzarətinə götürüldü. Bu könüllü seçim deyildi, siyasi laqeydliyin doğurduğu məhkum edilmiş bir seçim idi.
Bütün bunlara rəğmən Ukrayna xalqı Rusiya kimi militaris dövlətlər, hərbi maşınla düz 6 aydır ki, əzilmədən savaş aparır. Belə xalqın müstəqilliyi qanı, milli iradəsi ilə əldə edir.
QƏHRƏMAN UKRAYNA XALQININ MÜSTƏQİLLİK GÜNÜNÜ TƏBRİK EDİRƏM!
Məmməd Talıblı
Xəbər 2245 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|