Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar


05.02.2018  15:21 

Mətbuat Şurasının yeni İdarə Heyəti seçiləcək





A+  A-

Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin növbəti iclası keçirilib. MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.
XəzərNews.az-ın məlumatına görə, iclasın gündəliyindəki birinci məsələ Azərbaycan Mətbuat Şurasının 2017-ci ildə gördüyü işlərə dair hesabatının müzakirəsi olub. Bununla bağlı sədr Ə.Amaşov çıxış edərək bildirib ki, Azərbaycan Mətbuat Şurasına 2017-ci ildə 602 müraciət qeydə alınıb. Bunlardan 171-i kütləvi informasiya vasitələrinin, o cümlədən internet xəbər portallarının fəaliyyətindən yazılı, 203-ü şifahi şikayətlərdir.

Daxil olan 171 şikayətin 88-nə bilavasitə Şuranın Katibliyində baxılıb. 88 şikayətin 35-i ilə əlaqədar şikayət müəllifi ilə müvafiq izahat işi aparılıb. 53 şikayət üzrə şikayətçi və cavabdeh tərəf Şuraya dəvət edilib və məsələnin həlli ilə bağlı Katiblik tərəfindən təqdim edilmiş variantlar tərəfləri qane etdiyindən məsələ bitmiş hesab olunub.

Daxil olan 171 şikayətdən 83-ü Mətbuat Şurasının müvafiq komissiyalarında araşdırılıb. Bu baxımdan Şikayətlər üzrə Komissiyanın və “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının fəaliyyəti vurğulanmalıdır.

Şikayətlər üzrə Komissiyada baxılan 83 şikayət üzrə çıxarılmış 27 rəydə cavabdeh tərəfin peşə müstəvisində yol verdiyi nöqsanlar vurğulanmaqla yanaşı, məsələnin eyni zamanda “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında müzakirəsi məqsədəuyğun sayılıb.

“Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında baxılmış 27 şikayətdən 18-də məsələ ilə bağlı araşdırılmaların davam etdirilməsi rəyinə gəlinib. 9 rəydə isə cavabdeh KİV-in adının Şuranın “qara siyahı”sına daxil edilməsi əksini tapıb.

Şikayətlər üzrə Komissiyanın 83 rəyindən 56-da çıxarılmış rəy konkret məsələ üzrə yaranmış mübahisənin həllini nəzərdə tutub. Bunlardan 11-də şikayətçi tərəfin arqumentlərinin əsassızlığı əksini tapıb. Digər 45 rəydə isə cavabdeh KİV-in “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın hansı prinsip və bəndlərini pozduğu müəyyənləşdirilib.

Peşə davranışı qaydalarının pozulmasındakı xarakterik xüsusiyyətlərin, Mətbuat Şurasının çıxardığı qərar və rəylərin nələri nəzərdə tutduğunun, Şuranın tədbirlərinin, dövlət proqramından irəli gələrək gördüyü işlərin və digər məsələlərin əksini tapdığı hesabat səsə qoyularaq qənaətbəxş qiymətləndirilib.

Qeyd edək ki, hesabatın tam mətni Mətbuat Şurasının rəsmi internet səhifəsində yerləşdiriləcək.

Gündəlikdə duran ikinci məsələ Azərbaycan jurnalistlərinin VII qurultayı ilə bağlı müzakirə olub. MŞ sədri Ə.Amaşov bildirib ki, Şuranın Nizamnamə tələblərinə uyğun olaraq qurumun İdarə Heyətinin üzvləri qurultay üzrə Təşkilat Komitəsinin tərkibinə daxil edilirlər. İclasda qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb.

Müzakirələrdən sonra ölkə jurnalistlərinin VII qurultayının mart ayının 10-da keçirilməsi barədə qərar qəbul edilib. Qərara əsasən Şuraya üzv gündəlik qəzetlər və informasiya agentlikləri qurultayda 2, həftəlik və aylıq qəzetlər, bölgə nəşrləri, jurnallar, jurnalist təşkilatları və internet informasiya saytları isə 1 nümayəndə ilə iştirak edəcəklər.

Məlum olduğu kimi, Şuraya üzv təşkilatlar üzərindəki əsas məsuliyyət quruma üzvlük haqlarının ödənilməsidir. İclasda qəbul olunan qərara görə, üzvlük haqlarını ödəməyən üzv təşkilatların qurultayda iştirakına yol verilməyəcək.

Qurultayda Mətbuat Şurasının 17 əsas və 5 ehtiyat üzvü seçiləcəkdir. 17 əsas üzvdən 8-i jurnalistləri, 6-ı ictimaiyyəti, 3-ü isə internet informasiya resurslarını, ehtiyat üzvlərdən 2-i jurnalistləri, 2-i ictimaiyyəti, 1-i internet informasiya resursların təmsil edəcək.

Təşkilat Komitəsi tərəfindən üzv təşkilatlara anketlər təqdim ediləcək. Üzv təşkilatlar anketlərə ümumilikdə 17 namizəd adı daxil edəcəklər ki, bunlardan 8-i jurnalist, 6-ı ictimaiyyət nümayəndəsi, 3-ü isə internet informasiya resursu təmsilçisi olacaq. Anketlər toplandıqdan sonra 24-ü jurnalistlərdən, 18-i ictimaiyyət nümayəndələrindən və 9-u internet informasiya resurslarından olmaqla ən çox səs toplamış 51 namizədin adı səsvermə bülleteninə daxil ediləcək. Qurultayda İdarə Heyətinin tərkibi də məhz həmin 51 nəfərin içərisindən seçiləcək. Ən çox səs toplamış 8 jurnalist, 6 ictimaiyyət nümayəndəsi, 3 internet informasiya resursu təmsilçisi MŞ-nin İdarə Heyətinin tərkibini təşkil edəcək.

Qurultayda eyni zamanda Azərbaycan Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının 3 nəfər əsas, 1 ehtiyat üzvdən ibarət tərkibi də seçiləcək.

Xəbər 1326 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +