Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


27.06.2019  12:39 

Azərbaycanda turizm polisi yaradılacaq





A+  A-

"Azərbaycanda turizm polisləri yaradılacaq".
XəzərNews.az xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov deyib.

O bildirib ki, dünyada bununla bağlı çox praktika var.

"Turistlər getdikləri ölkələrdə hər hansı bir problem yaşayırlarsa, müraciət edəcəkləri bir qurum, bir şəxs axtarırlar ki, onların problemləri daha çevik dinlənilsin və yardım edilsin. Turizm polisi bunlardan biridir. Adının polis kimi səsləndirilməsi bir qədər çaşqınlıq yarada bilər. Amma bunlar turistlərə kömək göstərən şəxlərdir. Turistlər şəhərdə gəzərkən, ölkədə olarkən narahatlıq, çətinlik müşahidə etdiyi zaman bu xidmətlərdən istifadə edə biləcəklər”.

Kənan Qasımov həmçinin bildirib ki, turistlər üçün “qaynar xətt” yaradılması düşünülür.

"Turist bilsin ki, ölkəyə daxil olduğu zaman hər hansı bir çətinlik yaranarsa, bu “qaynar xətt”ə müraciət etməklə həm məlumat ala bilər, həm də problemin həlli ilə bağlı məsələ həllini tapar. Yəni turistlə dövlət arasında bir kommunikasiya xətti qurulur ki, onların problemləri daha çevik həll olunsun".

Xəbər 1343 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +