Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ
Ersin Tatarın Azərbaycana səfəri başlayıb
Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ
Prezidentdən pensiyalarla bağlı qərara MÜHÜM DƏYİŞİKLİK
FTX Azərbaycan diasporunun ofisində əməliyyat aparıb - Saxlanılanlar var
Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto
İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...
Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib


21.01.2019  10:45 

“Ağılsızlar, sözüm sizədir” - Röyadan tənqidlərə cavab





A+  A-

Əməkdar artist Röya Ayxanın sosial şəbəkədəki paylaşımı müzakirələrə səbəb olub.
XəzərNews.az xəbər verir ki, məşhur müğənni instaqram səhifəsində 20 Yanvar faciəsi ilə bağlı status yazıb.

Sənətçi qeyd edib ki, həmin günü heç vaxt unutmur: “Mənim üçün bu gün unudulmur, çünki canlı yaşadım, atamın qollarını qanlı gördüm. O gün neçə ailə başsız qaldı. Oxuduğum hər sevgi hekayəsində İlhamla Fəridə (İlham və Fərizə Allahverdiyevlər) var idi. Qərənfil o gündən çiçəklərin ən gözüyaşlısı oldu”.

Röyanın postunda şəhid düşən Fərizə Allahverdiyevanın adını “Fəridə” olaraq qeyd etməsi instaqram istifadəçilərinin narazılığına səbəb olub və müğənniyə tənqidi şərhlər yazıblar.

Bundan sonra Röya səhifəsinin hekayə bölümündə ona etiraz edənlərə cavab verib: “Hərf səhvinə görə şərhlərdə əziyyət çəkmisiz. Yazanda həyəcanlı olmuşam, bir neçə hərfi səhv yazmışam. Bunu qoyaq kənara... Səhvləri tutanların həyat səhvləri əlindən uşaqla parka çıxmaq olmur. Danışsaq, daha dərin olar, vedrələr daşar, fındıqlar çoxalar. Ağılsızlar, sözüm sizədir!”.

Xəbər 1304 dəfə oxunub.




11.07.2024  12:21 

Məşhur aktyor Şuşada -Foto

10.07.2024  17:32 

Ozan Akbaba Bakıya gəlib -Foto

10.07.2024  17:16 

Hüseyn Həsənov Rusiyadan qaçıb

09.07.2024  07:10 

Tanınmış meyxanaçı vəfat edib


BÜTÜN XƏBƏRLƏR +