“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı


07.02.2018  09:34 

Müxalifət seçki ilə bağlı nə edəcək?





A+  A-

Azərbaycanda aprelin 11-də növbədənkənar prezident seçkisi qərarı müxalifət sıralarında çaxnaşmaya səbəb olub.
XəzərNews.az xəbər verir ki, “Yeni Müsavat”ın yazdığına görə, bəzi ekspertlər belə iddialar irəli sürməyə başlayıb ki, seçkinin önə çəkilməsi müxalifətə seçkini boykot etmələri üçün bəhanə olacaq. Artıq Milli Şura seçkini boykot qərarı verdiyini bəyan edib. Bu barədə qurumun sədri Cəmil Həsənli özünün sosial şəbəkə hesabında fövqəladə toplantı keçirdiklərini, boykot və mart ayından etibarən mitinqlərə başlamaq qərarı verdiklərini açıqlayıb. AXCP sədri Əli Kərimli də seçkiləri boykot edəcəklərini və onun legitimliyini şübhə altına almaq üçün etiraz aksiyalarına başlayacaqlarını bildirib.

Liderləri həbsdə olan REAL hərəkatı da növbədənkənar seçkilərin nəticələrini tanımayacaqlarını bəribaşdan elan edib. İlqar Məmmədovun həbsxanadan vətəndaşları bu seçkiləri boykot etməyə çağıracağını bildirib.

Seçkidə İsa Qəmbərin namizədliyi ilə iştirak qərarı olan Müsavat Partiyası isə hələ ki növbədənkənar seçki ilə bağlı son qərarı qəbul etməyib. Partiyanın başqanı Arif Hacılı deyib ki, bu həftə partiya Məclisinin növbədənkənar sessiyası olacaq və növbədənkənar seçki ilə bağlı hansı taktikanı seçəcəklərini müəyyənləşdirəcəklər. Partiyanın bir qədər əvvəl namizədliyini irəli sürdüyü İsa Qəmbər isə bildirib ki, partiya nə qərar qəbul etsə ona tabe olacaq.

AĞ Partiyanın prezidentliyə namizədi Tural Abbaslı isə boykot qərarının düzgün olmadığı fikrindədir: “Siyasi partiyaların yaranma və fəaliyyət göstərmə məqsədi hüquqi yolla hakimiyyətə gəlməkdir. Hüquqi yolla da hakimiyyətə gəlməyin hələ ki yeganə yolu seçkilərdir. Yəni dolayısıyla desək, seçkilər partiyaların hakimiyyətə gəlməyi və ya siyasi mövqelərini möhkəmləndirməyi üçün əlverişli şansdır”.

Yeni AXCP-nin namizədi Razi Nurullayev də boykotun zərər gətirəcəyi düşüncəsində olduğunu dedi. Onun sözlərinə görə, əgər siyasi partiya seçkiləri boykot edirsə, o zaman siyasi partiyanı buraxmalıdır: “Biz bilirik ki, nəticələr nə olacaq. Məgər 2013-də nəticələrin bəlli olduğunu bilmirdik? Bilirdik. Bəs onda niyə iştirak etdik? Biz iştirakın tərəfdarıyıq və əlimizdən gələni edəcəyik. Əgər yaranan vəziyyət imkan verməsə, o zaman mövcud namizədlərdən birinə dəstək də verə bilərik”.

AMİP lideri Etibar Məmmədov isə bildirib ki, aprelin 11-də növbədənkənar prezident seçkisi normal addımdır: “Burada qeyri-adi heç nə yoxdur. Sərəncam imzalanıbsa, ondan irəli gələn məsələlər icra olunmalıdır. Kim seçkilərdə iştirak etmək istəyirsə, bu qrafikə uyğun iş aparmalıdır. Yəni burada konstitusiyaya zidd nəsə yoxdur”.

Xəbər 2113 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +