27.08.2024 10:32
Spartalı Bəhrul-Ülümi və Bağdadi Füzuli
"Səhər” kanalının özünəməxsus ənənələri var. Bu normaldır. Dünyada bütün televiziyalarda ənənəvi xarakterik xüsusiyyətdir. Bu ənənələrdən biri də hər il Məhərrəmlik və xüsusən Ərbəinlə bağlı verilişlərin, kampaniyaların təşkilidir. 4-5 ildə Məhərrəmlik və Ərbəinlə bağlı kampaniya xarakterli verilişlərin aparıcısı Abdullah Bəhrul-Ülümidir. “Səhər-Azəri” kanalı yaranandan az sonra, yəni ilk dövrlərində o kanalda işləyib.
Bir müddət “Səhər” kanalına rəhbərlik etdi. Əslən ərdəbillidir. “Səhər” kanalının bütün kollektivi ərdəbilli idi və Azərbaycana qarşı şər-böhtanın və ağlagəlməz yalanların da icadının pik dövrü idi. Ərdəbilin imamcüməsi Həsən Amili də təlimatları və ya müsahibələri ilə daimi o kanalda idi. “Səhər” kanalının yalanlarına Azərbaycan Respublikası tərəfindən etirazlar kollektivin idarəçiliyində narazılıq yaratdı və Bəhrul-Ülümini kanalının rəhbərliyindən, sistemdən uzaqlaşdırdılar, Ərdəbilə qaytardılar. Ərdəbildə Mədəniyyət və İslami İrşad İdarəsinə rəhbərlik etdi. Buna baxmayaraq Tehranda dini kampaniya xarakterli verilişlərə aparıcı kimi dəvət olunur. Ərbəinə həsr olunmuş bu ilki “Salam Kərbəla” verilişinə o aparıcılıq etdi. Zənnim aldatmırsa Tehrandakı studiya deyildi, Ərdəbildəki studiyadan efirə canlı çıxırdı. Belə verilişlərin birində dəvət etdiyi qonaqlardan biri Mövlanə Məhəmməd Füzulinin
Pənbeyi-daği-cünun içrə nihandır bədənim,
Diri olduqca libasım budur, ölsəm, kəfənim qəzəlini dedi.
Bu qəzəl çox məşhurdur. Həm də çox ürfanidir.
...Edəməm tərk, Füzuli, səri-kuyin yarın,
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!!
Dəvət olunan qonaq şeiri qurtardıqdan sonra Bəhrul-Ülümi şeiri təqdim etdi və bu şeirin müəllifinin Füzuli Bağdadi olduğunu bildirdi. Osmanlı, Kərbəlada, Nəcəfdə, Azərbaycanda və İranda olan tədqiqatçıların Füzuli ilə bağlı bir neçə konsensusu var. O konsensuslardan da biri Füzuli Kərbəlada doğulub və Kərbəladan da kənara çıxmayıb. Kim Füzulini görmək istəyibsə, yanına gəlib. Füzuli Kərbəlada İmam Hüseyn məscidinin xadimi olub, o vəzifədən də başqa heç yerə çıxmayıb. Şah İsmayıl Xətainin onunla tanış olduğunu göstərən mənbələr də var. O dövrdə Kərbəla, Nəcəf ayrı dövlət qurumu kimi olub. Osmanlıdan, İrandan Kərbəla dövlətindən ona çoxlu hədiyyələr, qızıl, gümüş göndəriblər. Hətta karvanla göndərilən hədiyyələr barədə danışılanlar da var. Füzuli bunların hamısından imtina edib.
İranda yaşayan azərbaycanlı populyar şəxsin 3-cü dəfə Füzuliyə Mövlanə, Məhəmməd adı ilə xitab etməməsi, “Bağdadi” təxəllüsünü uydurması Füzulini tək Azərbaycançılıqdan, Azərbaycandan deyil, həm də dindən də uzaqlaşdırmaq mənasında başa düşülməlidir. Bəhrul-Ülümi kimi fars qapazı altında böyüyən adam prizmasından baxdıqda Füzulinin 3-4 böyük sahədə farsı kölgədə qoyub.
- Füzuli hədsiz çox İslam dininə, şiəliyə bağlı olub,
- Kərbəla hadisələrinə dair dərin elmi məzmunlu əsər yazıb.
- Həzrəti Peyğəmbər onun qələmində tamam ayrı dünya görünür
- Elm dünyasında da ona bənzər fars alimləri, şairlər olmayıb. O, “Mətləlül etiqad” əsərində qədim Misir və Yunan alimlərinin əsərlərindən başlayaraq elmləri sistemləşdirib, gələcək inkişafa dair də fikirlər bildirib. Beləsi fars aləmində yoxdur. Ona görə başı fars qapazı altında olan Bəhrul-Ülümi kimi Füzulini Kərbəla, müsəlmançılıqla, şiə ilə bağlamamalıdır. ... Belə fars yoxdur”.
Füzulinin nəsli Azərbaycandan köçmədir. Özü və atası Kərbəlada anadan olublar. Buna baxmayaraq Füzuli evində Azərbaycan dilində danışırmış. Füzuli 3 dildə sənət şedevrləri yaradan çox nadir düha şəxslərdən olub. Şərq aləmində üç dilli alimlər, şairlər olub. Yüksək səviyyədə şedevr yaradan 1-2 adam olub. Ona görə də onun adı Mövlana qoyulub. Yəni bütün elmlərdə tayı-bərabər olmayan şəxs. Bu mövzularda da Bəhrul-Ülümi kimi şəxslər onu qəbul etməməlidir. Ona görə onun “edəməm tərk Füzuli sərikiuyin yarı, vətənimdir, vətənimdir, vətənimdir, vətənimdir” beyti onun İmam Hüseynə münasibətini açıqlayır. Dörd vətənim var. Birinci beytdən sonuncu beytinə qədər İmam Hüseynə həsr olunub. Füzuli üçün İmam Hüseynin məzarının ayaq tərəfində dəfn olunmaq 4 vətənin (Lahut, Ana bətni, Nasut və Axirət) 4-ündə də qəbul olunmuş aksiomadır.
Bəhrul-Ülümi kimilər İranda az deyil, ona görə Füzulini tanımırlar. Bəhrul-Ülüminin kimilərin nümunəsi ilə başqa bir misal da gətirmək olar. İran İslam inqilabının rəsmi şairi Məhəmməd Hüseyn Şəhriyardır. M.H.Şəhriyar İran mətbuatında doğulduğu və öldüyü günlər yada salınır. Hər gün Sədi Şirazidən, Hafiz Şirazidən 10 dəfə beyt deyirlər. Hafiz və Sədi Şirazidə nəinki Həzrəti Əli, heç Həzrəti Peyğəmbər yoxdur. Firdovsini də bu kateqoriyaya aid etmək olar. Bəhrul-Ülümi və onun kimiləri farsçılıq nöqteyi-nəzərdən Azərbaycana bu qədər yuxarıdan aşağı baxmaq əvəzinə özlərinə baxmalıdılar; Özlərindən razılığa görə tək Azərbaycanlıdan üstün deyillər, onlar həm də farsdan üstündürlər. Düşüncələrinə görə azərbaycanlı farsdan aşağıdır. Nəzərə alsınlar ki, farslar da spartalılardan aşağıdır. Bəhrul-Ülümi və onun kimiləri özlərini farsları məğlub edən spartalılarla bərabər tutmalıdırlar. Əgər azərbaycanlıya yuxarıdan aşağı baxırsa, farsa çoxdan yuxarıdan aşağı baxmalıdır. Azərbaycanlılar hara, fars hara. Azərbaycanlı farsdan üstündür. Azərbaycanlı heç vaxt yad etnik qrupun elmini, dinini, mədəniyyətini oğurlamayıb. Bəhrul-Ülümi kimilər özlərini spartalı kimi adlandırsalar daha düzgün olar. İran kanallarında spartalılara bənzər az olmayıb. Bəhrul-Ülüminin “Səhər” kanalına işə götürdüyü ərdəbillilərin sırasında da iki beləsi olub. Məşhur spartalı adına ən layiq Borhan Heşmətidir. Dünyada azərbaycanlıya onun qədər nifrət edəni hətta ermənilərin də içərisində görmədim.
Mübariz Əhmədoğlu
Politoloq
Xəbər 3516 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|