Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib


22.11.2023  15:33 

Çingiz Abdullayevdə özündənrazılığın həddi... - Deputat





A+  A-

“ATV-də yayımlanan “Xəbərin olsun” verilişinin aparıcısı Kubra Məhərrəmova Çingiz Abdullayevin əsərlərini “zir-zibil” adlandırıb. Bunun ardından AYB bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, telekanal bununla bağlı açıqlama verməli və aparıcı cəzalandırılmalıdır”.

Xəzərnews xəbər verir ki, bunu millət vəkili Etibar Əliyev deyib.

O, bildirib ki, Çingiz Abdullayev ATV kanalını məhkəməyə verməyə hazırlaşır. Abdullayev bildirib: “Azərbaycan Yazıçılar Birliyinin hüquqşünası məhkəməyə xüsusi ittiham qaydasında şikayət hazırlayır. İddiaçı təşkilat ola bilməz deyə, mənim adımdan yazılacaq. Təzminat 1 manat da olsa, 100 min manat da olsa, almayacağam. Hamısını şəhid ailələri üçün köçürəyəcəyik. Mənə nə o aparıcının, nə də telekanalın pulu lazımdır. Aparıcı danışıb, öz səviyyəsini göstərib.”

Deputaat yazıçının mövqeyini belə şərh edib:

“Diqqət edin, Azərbaycanının Xalq yazıçısı məhkəmədə udacağı pulu şəhid ailələrinə bağışlamaq istəyir. Əslində Ç. Abdullayev kitablarının satışından gələn pulları şəhid ailələrinə xərcləməli olduğu halda, görün pulu harda axtarır.

Ona qalsa məni də Erl Stenli Qardnerin, Frederik Forsaytın, Con Le Karrenin, Reks Statutun yaxınları məhkəməyə verməli idilər. Bir dəfə müsahibələrimin birində onların əsərlərinin "zir-zibil" olduğunu demişdim. 200-dən çox detektiv əsəri Bukinistə bağışlamışam. Vaxtında belə romanların əvəzinə ciddi ədəbiyyatları oxusaydım, daha çox bilgi qazanmış olardım.

Əslində Kubra xanım Çingiz Abdullayevə qarşı nalayiq ifadə işlətməyib. O, detektiv janrını "zir-zibil" adlandırıb. Mən Çingiz Abdullayelə bir neçə tədbirdə məruzəçi kimi iştirak etmişəm. Bu adamda özündənrazılığın həddi xeyli komplekslər formalaşdırıb. Bəlkə bunu özü bilmir. Ancaq yaxın adamları bunu ona deməlidir. Mütaliə edənlər yaxşı bilirlər: yazıçıların əsərləri barədə fərqli fikirlər (hətta təhqirlərin) həmişə olub və olacaq. Sadəcə yazıçı belə məsələlərə tolerant yanaşmalıdır.

Məncə Çingiz müəllim məhkəmə iddiasından geri çəkiləcək. Yazıçılar Birliyinin bu məsələyə müdaxiləsi isə tamamilə absurddur. Absurd teatrdır.

Absurd teatr gözəl janrdır və “zir -zibil” deyil…”.

Xəbər 946 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.10.2024  18:22 

Sabah bu ərazilərdə su olmayacaq


BÜTÜN XƏBƏRLƏR +