“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır


05.04.2023  10:59 

Karyera Mərkəzi fəaliyyətini dayandırır





A+  A-

Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı sərəncamla yaradılan Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) fəaliyyətini dayandırır.

XəzərNews.az modern.az-a istinadən xəbər verir ki, artıq bu barədə Mərkəzin əməkdaşlarına məlumat göndərilib.

Bildirilib ki, qurumun əsas ofisində və regionlarda yerləşən 55 nümayəndəlikdə ümumilikdə 150-dən artıq gənc çalışır. Onlara Mərkəzin fəaliyyətinin dayandırılması haqda məlumat verilib.

Məlumata görə, ixtisarlar ilkin olaraq regionlarda, daha sonra mərkəzi aparatda həyata keçiriləcək. Aprel-may aylarında Mərkəzdə işləyən gənclərin 70-80%-nin ixtisar olunacağı, iyunun sonlarına qədər isə qurumun fəaliyyətinə tamamilə xitam veriləcəyi gözlənilir.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin fəaliyyətinin dayandırılmasına səbəb kimi maliyyə çatışmazlığı göstərilir. Mərkəzə təklif edilən büdcənin nəinki layihələrə, hətta əməkdaşların əməkhaqqı üçün kifayət etmədiyi bildirilir. Buna görə də Mərkəzin fəaliyyətinə tamamilə xitam verilməsi barədə qərar qəbul edildiyi deyilir.

Qeyd edək ki, Gənclərin İnkişaf və Karyera Mərkəzi Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə, ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması məqsədilə yaradılıb. Mərkəzin nümayəndəlikləri ölkənin şəhər və rayonlarındakı Heydər Əliyev Mərkəzlərində yerləşib.

2019-cu ildə imzalanan sərəncamda Mərkəzin fəaliyyətinin təmin olunması üçün Gənclər Fonduna 4 milyon manat ayrılıb.

Qeyd edək ki, regionlarda gənclərlə bağlı bir neçə paralel qurum fəaliyyət göstərir. Bunlar Gənclər və İdman Nazirliyinin tərkibindəki Gənclər Evləri, icra hakimiyyətlərinin tərkibində fəaliyyət göstərən Gənclər və İdman İdarələri, habelə Gənclərin İnkişaf və Karyera Mərkəzinin regional nümayəndəlikləridir.

Onu da bildirək ki, Gənclərin İnkişaf və Karyera Mərkəzi fəaliyyət göstərdiyi 4 il ərzində müxtəlif peşə təlimləri, təhsil və təcrübə, könüllülük, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil edib.

Xəbər 818 dəfə oxunub.




27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ

24.08.2024  22:13 

102 yaşlı veteran vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +