Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib


26.01.2018  12:18 

Rəhbər vəzifədə işləmək istəyənlərin nəzərinə!





A+  A-

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 27-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.
DİM-dən XəzərNews.az-a verilən məlumata görə, imtahan kompüter vasitəsilə aparılacaq. İmtahana qeydiyyat 10-24 yanvar tarixlərində aparılıb, bu müddət ərzində 56 namizəd qeydiyyatdan keçib. İmtahan saat 10:00-da başlayacaq, 3 saat davam edəcək.
Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: şəxsiyyəti təsdiq edən sənədin əsli, “İmtahana buraxılış vərəqəsi". Göstərilən sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək.

Xəbər 1285 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ


BÜTÜN XƏBƏRLƏR +