15.02.2017 18:21
ABŞ prezidenti Donald Tramp Krımın Rusiya tərəfindən ilhaqına görə sələfi Barak Obamanı qınayıb.
XəzərNews.az-ın xəbərinə görə, D. Tramp özünün “Twitter” səhifəsində yazıb: “Rusiya Krımı Obama administrasiyasının dövründə ələ keçirib. Obama Rusiya ilə kifayət qədər yumşaq davranmayıbmı?”
D. Tramp yaxın ətrafındakı şəxslərin Rusiya kəşfiyyatı ilə əlaqələri olduğuna dair “The New York Times” qəzetinin məlumatına da reaksiya verib. O, həmin məlumatı yalan adlandırıb: “Rusiya ilə bu cür əlaqələr nonsensdir. Bu, Hillari Klintonun uduzulmuş seçki kampaniyası zamanı yol verilən çoxsaylı səhvləri ört-basdır etmək üçün edilir”.
Prezident bu cür informasiyaların yayılmasında kəşfiyyat orqanlarını ittiham edib və Milli Təhlükəsizlik Agentliyi ilə Federal Təhqiqatlar Bürosundan (FBİ) şübhələndiyini gizlətməyib: “İnformasiyalar qanunsuz olaraq kəşfiyyat ictimaiyyəti tərəfindən “New York Times” və “The Washington Post” kimi bədnam qəzetlərə ötürülür”.
Xatırladaq ki, Ağ Evin sözçüsü Şon Spayser bir gün əvvəl prezident Donald Trampın Krım məsələsi ilə bağlı rəsmi mövqeyini ifadə edib. O bildirib ki, prezident Rusiyadan Krımı Ukraynaya qaytarmasını gözləyir.
|
29.08.2024 18:47
29.08.2024 13:03
“Qurban Qurbanovun 1835 manatlıq köynəyi “Qarabağ”a düşmədi...”
29.08.2024 11:22
28.08.2024 17:39
28.08.2024 15:51
28.08.2024 15:36
Bakıda avtobus sürücüsü əks yola çıxaraq qaydanı belə pozdu - VİDEO
28.08.2024 12:55
28.08.2024 11:45
28.08.2024 09:44
27.08.2024 21:18
27.08.2024 15:10
Biləsuvarın 5 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb
27.08.2024 14:42
27.08.2024 13:23
27.08.2024 12:47
27.08.2024 12:20
Sumqayıt sakinləri qorxu içində -Hər an xəsarət ala bilərik -Video
27.08.2024 12:04
27.08.2024 11:51
Milli azlıqlardan olan gənclər sosial şəbəkələrdə nəyə diqqət etməlidir?- Foto/Video
27.08.2024 11:13
27.08.2024 10:32
26.08.2024 19:12
UABD Ukraynanın Dövlət Müstəqilliyi Günü ilə bağlı tədbir keçirilib
26.08.2024 19:02
26.08.2024 12:28
26.08.2024 12:20
26.08.2024 11:49
26.08.2024 11:38
25.08.2024 22:53
25.08.2024 13:13
25.08.2024 12:59
24.08.2024 22:13
24.08.2024 14:46
24.08.2024 14:36
Türkiyəni kəşf etmək üçün “Ən rahat səyahət bələdçisi”- Fotolar