“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı


04.12.2023  13:00 

“Qalib xalqın müzəffər lideri – İlham Əliyev” mövzusunda beynəlxalq elmi simpozium keçirilib





A+  A-

Noyabrın 25-dən dekabrın 3-nə kimi Stohkolm şəhərində İsveç, Almaniya, Macarıstan, Rumıniya, Polşa, Hindistan, Türkiyə, Azərbaycan, Ukrayna, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistandan olan alimlər və tədqiqatçıların iştirakı ilə “Qalib xalqın müzəffər lideri – İlham Əliyev” mövzusunda multidisiplinar beynəlxalq elmi simpozium keçirilib.

Xəzərnews.az xəbər verir ki, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu (DABF) və İsveç Azərbaycanlıları Konqresinin (İAK) təşəbbüsü, Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu, Stokholm Universiteti (İsveç), Sankt-Peterburq Universiteti (Rusiya), Sankt-Peterburq Regional İctimai Təşkilatı “Azərbaycan Milli Mədəniyyət Mərkəzi, "Çinar" (Rusiya), Dünya Azərbaycanlıları Platforması (Türkiyə) və Şamaxı rayonu Heydər Əliyev Mərkəzinin (Azərbaycan) dəstəyi ilə təşkil olunan simpozium 44 günlük Vətən müharibəsindəki qələbəmizə həsr olunub.

Simpozium Beynəlxalq Kadrlar Akademiyasının (UNESCO) fəxri professoru Ellada Gərayzadənin sədlik etdiyi Təşkilat Komitəsinin tərkibindəki müxtəlif ölkələrdən olan alimlərin iştirakı ilə baş tutub.

Simpoziumda çıxış edən DABF-ın həmtəsisçisi, İAK-ın sədri Emil Mirzəyev belə bir simpoziumun təşkilində onlara dəstək verən tərfədaş qurumlara təşəkkürünü bildirib.

E.Mirzəyev qeyd edib ki, noyabr ayı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb: “30 ilə yaxın bir müddətdə düşmən işğalında qalan Azərbaycan torpaqları 44 günlük Vətən müharibəsi nəticəsində Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Azərbaycan əsgərinin rəşadəti sayəsində işğaldan azad edildi. Möhtərəm prezidentimiz çıxışlarında hər zaman qeyd edirdi ki, o gün gələcək və Qarabağ tamamilə düşmənlərdən təmizlənəcək. Prezident İlham Əliyevin bu sözlərinə xalqımızın, xüsusən də xaricdə yaşayan azərbaycanlıların heç bir zaman şübhəsi olmadı və həqiqətən də vaxtı gəldiyi zaman biz bunun şahidi olduq”.

E.Mirəzyev əlavə edib ki, bu gün işğaldan azad olmuş torpaqlara qayıda biliriksə, məğrur və qalib bir xalq kimi dünya miqyasında tanına biliriksə, ilk növbədə cənab prezidentə, Vətən üçün canından keçən bacı-qardaşlarımıza, qazilərimizə, onları yetişdirən ata-analarımıza borcluyuq: “Mən xaricdə yaşayan bir Azərbaycanlı kimi, şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Alahdan şəfa diləyirəm”.

Simpoziumda Azərbaycan və Avropanın müxtəlif universitetlərindən olan 127 alim mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.

Sonda simpozium iştirakçılarına sertifikatlar və diplomlar təqdim olunub.







Xəbər 5658 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.10.2024  18:22 

Sabah bu ərazilərdə su olmayacaq

01.10.2024  09:10 

“XəzərNews.az” 10 yaşında

27.09.2024  15:31 

Millimiz Ermənistanı məğlub etdi


BÜTÜN XƏBƏRLƏR +