Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar


14.10.2023  11:52 

QHT-lər İlham Əliyevin prezidentliyinin 20-ci ildönümü ilə bağlı bəyanat yayıb





A+  A-

Azərbaycanın qeyri-hökumət təşkilatları İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

Xəzərnews.az xəbər verir ki, bəyanatda deyilir:

“Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 20 il Azərbaycan xalqının taleyində tamamilə yeni inkişaf mərhələsinin başlanğıcı olub, bu dövrdə cəmiyyətimizin həyatında inqilabi dəyişikliklər baş verib. Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı sağlam və möhkəm təməl üzərində Prezident İlham Əliyevin inşa etdiyi güclü və müasir Azərbaycan bir çox taleyüklü problemləri geridə qoyaraq, gələcəyə doğru inamla addımlayan ölkələr sırasında öz layiqli yerini tutub.

Bu gün Azərbaycan həm də vətəndaş cəmiyyətinin güclü olduğu ölkədir, qeyri-hökumət təşkilatlarının sərbəst fəaliyyəti üçün ötən onilliklər ərzində zəngin qanunvericilik bazası, əlverişli mühit formalaşıb, bu sektorun inkişafı üçün mühüm qərarlar qəbul olunub.

Müstəqilliyimizin bərpasının ilk illərində qeyri-hökumət təşkilatlarının təşəkkülü sistemliliyin olmaması və pərakəndəliklə müşayiət olunurdu. Ümummilli Lider Heydər Əliyev dövlət tərəfindən vətəndaş cəmiyyətinə münasibətdə ümumi yanaşma və prioritetlərin müəyyənləşməsi prosesini uğurla apardı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildikdən sonra qeyri-hökumət təşkilatlarının keyfiyyət və kəmiyyət artımı, eyni zamanda, fəaliyyət növləri üzrə diferensiasiyası başladı. 2000-ci ildə "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" yeni Qanun qəbul edildi.

Ulu Öndər Heydər Əliyevin siyasəti qeyri-hökumət təşkilatlarını vətəndaş cəmiyyəti quruculuğu və ölkənin demokratikləşməsi prosesinin vacib institutlarından birinə çevirdi, dövlət orqanları ilə QHT-lərin bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında sıx əməkdaşlığı təşviq edildi.

2003-cü ildə Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra Azərbaycanın vətəndaş cəmiyyətinin həyatında yeni inkişaf mərhələsi başladı, bu sahəyə konseptual yanaşma ortaya qoyuldu.

Prezident İlham Əliyev qısa müddətdə qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasını təsdiq etdi. Bu Konsepsiya dövlət orqanları və vətəndaş cəmiyyəti institutlarının əməkdaşlıq mexanizmlərini xeyli təkmilləşdirdi və genişləndirdi. Bundan sonra qanunçuluq, tərəfdaşlıq, şəffaflıq, uzlaşdırma və məsuliyyət qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin 5 əsas prinsipi kimi müəyyən edildi.

2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması ilə artıq ixtisaslaşmış milli donor institutu təsis edildi. Sonrakı illərdə tədricən QHT-lərə qrant verə bilən dövlət qurumlarının sayı artırılaraq 14-ə çatdırıldı.

Prezident İlham Əliyev 2013-cü ildə vətəndaş cəmiyyət institutlarının dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində, qərarların qəbulunda iştirakını fəallaşdırmaq, dövlət qurumlarının fəaliyyətinə ictimai nəzarəti gücləndirmək üçün “İctimai iştirakçılıq haqqında” Qanun qəbul etdi. İctimai Şuraların formalaşdırılması QHT-lərin dövlət siyasətində iştirakının institusional mexanizmini yaratdı.

Prezident İlham Əliyevin QHT-ləri dövlət proqramlarında və milli fəaliyyət planlarında əsas tərəfdaşlar kimi görməsi vətəndaş cəmiyyəti təsisatlarına olan etimadın növbəti nümunəsidir. Bu strateji inklüzivlik QHT-lərin rolunu gücləndirməklə yanaşı, onların bacarıqlarına olan ictimai inamı da artırdı. QHT-lərin dövlət qurumları ilə kommunikasiyaları gücləndi və müxtəlif sahələrdə siyasətin işlənib hazırlanmasına töhfə vermək imkanları genişləndi.

2003-cü il, 2008-ci il, 2013-cü il, 2018-ci il prezident seçkilərinin nəticələri bir daha göstərdi ki, Azərbaycan xalqının seçimi yalnız Prezident İlham Əliyevdir.

Xəbər 1559 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +