Şahin Bağırov yeni rəis təyin etdi
Qırğızıstan və Tacikistan tarixi razılaşma imzaladı
Qaz balonu partladı: Xəsarət alanlar var
“Natiq Əliyev” tankeri yük gəmisi ilə TOQQUŞUB
Həmin qılıncın üzərində nə yazılıb?
Təbrizdə "Bu qala daşlı qala" ifa OLUNDU
Nurlan Libre barəsində həbs qərarı verildi
Prokurorluq bu şirkətlərə cinayət işi açdı – Siyahı
Kiyevdə terrorun qarşısı alındı
Bu binalarda istiliklə bağlı problem yaranıb


20.02.2025  12:55 

“Azəriqaz”ın əməkdaşı sakini dəmirlə vurub?





A+  A-

Nərimanov rayonu, Faiq Yusifov küçəsində çoxmərtəbəli bina tikən “Gold Məkan” MMC ilə vətəndaşlar arasında daha bir problem yaşanıb. Bu dəfə narazı olan sakinlərdən biri küt alətlə xəsarət aldığını iddia edib.

XəzərNews.az Musavat.com-a istinadən xəbər verir ki, MMC tərəfindən qeyd edilən binada tikinti işləri aparılan zaman köhnə binaların söküntüsü həyata keçirilir. Bu zaman sakinlərlə şirkət arasında bir neçə səbəbə görə problemlər yaşanıb. Ya sakinlər kompensasiya ilə razılaşmayıb, ya da sakinlərə yeni tikiləcək binadan veriləcək mənzillərin yerləşmə və mənzərəsinə görə problemlər yaranıb. Bəzi sakinlər ümumiyyətlə şirkətlə razılaşmayaraq evlərini tərk etməyiblər. Bu zaman da müxtəlif problemlər üzə çıxıb. Sakinlərin su xətti, qaz xətti zədələnib.

Qeyd edilən problemlərlə bağlı sakinlərin onlarla müraciəti, şikayəti yerli mediada dərc edilib.

Bu problemlərdən biri də bu yaxınlarda yaşanıb. Tikinti şirkəti üçün qaz xəttinin yerini dəyişən “Azəriqaz”ın podratçı şirkətinin əməkdaşları ilə sakinlər arasında insident yaşanıb. İnsident zamanı sakinlərdən biri xəsarət alıb.

Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusif küçəsi 43 saylı binanın həyətində “Azəriqaz”ın podratçı şirkətinin əməkdaşı Vüqar Mamedov qaz xəttinin yerini dəyişdirən zaman sakinlərdən Adilə adlı qadınla mübahisə edib. Sakin qaz xəttinin yerinin dəyişdirilməsinə etiraz edib. Mübahisə zamanı Vüqar Mamedov əlində olan dəmir alətlə sakinə xəsarət yetirib.

Vüqar Mamedov dindirilən zaman sakinə xəsarət yetirmədiyini deyib. O, “Azəriqaz”ın keçmiş müdiri Ruslan Əliyevin göstərişi ilə qeyd edilən ünvanda işlər gördüklərini deyib:

“Qaz xətti söküntü ərazisinə düşürdü. Biz də yerini dəyişdirəcəkdik. İşləyən zaman Adilə xanım gəlib işləri dayandırmağımızı tələb etdi. Mən MMC-yə deməsini xahiş etdim. Amma məhəl qoymadı. Kobud şəkildə danışmağa, telefonla çəkiliş etməyə başladı. Qaynaq aparatını generatordan ayırdı. Mən gedib yenidən generatoru işə saldım. O, yenə söndürdü. Bu hal bir neçə dəfə təkrarlandı. Məni təhrik edirdi ki, mübahisə yaransın. Sonra məndən sənəd tələb etdi. Yenə generatoru söndürmək istəyəndə ona tərəf getdim. Söndürməməsini tələb etdim, oradan kənarlaşdırdım. Həmin vaxt telefonu yerə düşdü, ekranı sındı. Sonra səs-küy salıb guya onu vurduğumu dedi. Səsə camaat toplaşdı”.

Vüqar Mamedov qadına əlində olan küt alətlə vurmadığını, onun telefonunu yerə çırpmadığını deyib.

Məhkəmədə dindirilən zərərçəkmiş qadın ifadəsində şirkətdən narazılığını dilə gətirib:

“Tikinti şirkəti mənim mənzilimin və qeyri-yaşayış sahəmin yerləşdiyi binaları sökərək yerində çoxmərtəbəli binalar tikmək istəyir. Buna görə ərazini hasarlayıb. Lakin mülkiyyətçiləri ilə danışıqlar aparılmayıb, razılıq əldə edilməyib. Binaların ətrafının hasarlanması nəticəsində həyətə giriş-çıxış məhdudlaşıb. Narazılıqdan sonra giriş hissə qismən açıldı.

Həmin gün qonşumuz Fuad zəng edərək yaşadığımız binaya müdaxilə edildiyini dedi. Binaya qazın verilməsi də dayandırıldı. İş görən şəxslərdən sənəd tələb etdik. Sənəd vermədilər. Biz də “Azəriqaz”la əlaqə saxladıq. Dedilər ki, guya ərazidə qəza olduğu üçün iş görülür”.

Zərərçəkmiş qadın əlavə edib ki, etiraz edən zaman V.Mamaedov onun əlindən çəkiclə vurub, sonra da yerə düşən telefonunu sındırıb. O, şikayətçi olduğunu deyib.

Məhkəmədə zərərçəkmiş qadının qonşuları da dindirilib. Onlar qonşularını müdafiə edən ifadələr veriblər.

“Gold Məkan” MMC şirkətinin rəhbəri Mahir Eyvazov və şirkətin digər işçisi isə dindirilən zaman V.Mamedovu müdafiə edən ifadə veriblər. Deyiblər ki, V.Mamedov qadına xəsarət yetirməyib.

Məhkəməyə şirkətin nümayəndəsinin istəyi ilə dəvət edilən şahidlər isə zərərçəkmiş Adilə adlı qadının əleyhinə ifadə veriblər. Həmin şahidlər də bina sakini olub. Onlar deyiblər ki, V.Mamedov qadını vurmayıb. Əksinə, qadın və digər qonşular Vüqarı vurub.

Ərazidə olan kamera görüntüsünə baxış zamanı tərəflərin mübahisə etdiyi müşahidə edilir. Lakin tərəflərin bir-birinə xəsarət yetirməsi görünmür. Mübahisə zamanı Adilə adlı qadının telefonun əlindən düşdüyü görüntülərdə yer alıb.

Məhkəmə V.Mamedovu bir il islah işlərinə cəlb edib.


Xəbər 203 dəfə oxunub.




21.02.2025  16:54 

Köln kilsəsi boşaldıldı

21.02.2025  13:49 

Viktor Qonçarov SAXLANILDI


BÜTÜN XƏBƏRLƏR +