Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib


22.01.2020  10:16 

Bu xəstələr üçün 150-dən çox bahalı cərrahi əməliyyat pulsuz olacaq





A+  A-

Azərbaycanda dəyəri yüksək olan 150-dən çox cərrahi əməliyyat icbari tibbi sığorta sistemi çərçivəsində həyata keçiriləcək.
XəzərNews.az-ın Sputnik Azərbaycan-a istinadən məlumatına görə, bu barədə İcbari Tibbi Sığorta Agentliyinin koordinatoru Səbinə Quliyeva məlumat verib. O bildirib ki, icbari tibbi sığortanın tibbi xidmətlər zərfinə təcili və təxirəsalınmaz, ilkin səhiyyə xidməti, ixtisaslaşdırılmış ambulator tibbi yardım və stasionar tibbi yardım üzrə 2500 sayda tibbi xidmət daxildir:

"Zərfə daxil edilmiş tibbi xidmətlər yalnız tibbi göstəriş olduğu halda İcbari Tibbi Sığorta Agentliyi ilə müqavilə bağlamış tibb müəssisələrində göstərilir. Bunlardan təcili və təxirəsalınmaz tibbi yardım üzrə 6, ilkin səhiyyə xidməti üzrə 35, ixtisaslaşdırılmış ambulator yardım üzrə 1265 və stasionar tibbi yardım üzrə 1244 xidmət təminata alınıb.
Ölkədə geniş yayılmış, əlillik və ölüm riski olan xəstəliklərin stasionar şəraitdə medikamentoz və cərrahi müalicəsi icbari tibbi sığorta təminatına alınıb. Təminata alınmış əməliyyatlar sırasında sayı 150 xidmətdən çox olan həyati vacib - dəyəri yüksək olan əməliyyatlar da daxildir. Stasionar tibbi xidmətlərin sayı 950-yə yaxındır. Stasionar terapevtik xidmətlərə isə 3 mindən artıq diaqnozları əhatə edən tibbi xidmətlər daxildir. İcbari tibbi sığortanın birinci mərhələsinə aid olan 23 ərazi vahidində 2 milyondan yuxarı vətəndaşa xidmət göstərilir".

Qeyd edək ki, İcbari tibbi sığortanın Xidmətlər Zərfi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiqlənib.

Xəbər 1542 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ


BÜTÜN XƏBƏRLƏR +