Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb


28.02.2024  11:22 

Alen Delonun evindən 72 ədəd odlu silah tapılıb





A+  A-

Fransa polisi 88 yaşlı əfsanəvi aktyor Alen Delonun evindən 72 ədəd odlu silah və 3000-dən çox patron aşkarlayaraq müsadirə edib.

Aktyorun Parisdən təxminən 135 kilometr cənubda yerləşən Duşi-Monkorbondakı evində isə atış tiri tapılıb. Prokurorlar bildiriblər ki, Alen Delon bu silahların saxlanması üçün müvafiq icazəyə malik deyil.

Mülki işlə bağlı aktyorun evinə göndərilən məhkəmə eksperti onun silahlarını görüb və hakimi xəbərdar edib. Bundan sonra çərşənbə axşamı prokuror Delonun malikanəsində axtarış üçün sanksiya verib.

Kino ulduzunun 2019-cu ildə insult keçirdiyi və Fransa mediasında adı açıqlanmayan başqa bir ciddi xəstəlikdən əziyyət çəkdiyi, son illərdə səhhətinin ağır olduğu bildirilir. Onun ailəsinin dağılması da Fransa mediasında əsas müzakirə mövzusu olub. Delonun üç övladı bir sıra təhqirlər, ittihamlar, məhkəmə çəkişmələri və gizli səsyazmalarla media qarşısında qarşılıqlı narazılıqlarını bildiriblər.

Alen Delonun son böyük ictimai çıxışı 2019-cu ildə Kann Film Festivalında fəxri Qızıl Palma budağının təqdimatından olub. O, həmçinin 2019-cu ilin sentyabrında dostu və həmkarı Jan-Pol Belmondonun Parisdəki dəfn mərasimində iştirak edib./Azərtac

Xəbər 4161 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.10.2024  14:46 

İraqdakı Azərbaycan: Türkmanlar

10.10.2024  18:17 

Elza Rozanı məhkəməyə verib

10.10.2024  12:14 

Tramp debatdan imtina edib


BÜTÜN XƏBƏRLƏR +