Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


22.06.2019  11:54 

Cüdoçularımızın rəqibləri bəlli oldu





A+  A-

Minskdə II Avropa Oyunları çərçivəsində keçiriləcək cüdo yarışlarının püşkü atılıb.
XəzərNews.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, milli komandamızın altı qadın və doqquz kişi üzvünün ilk rəqibləri müəyyənləşib.

Belə ki, qadınlar arasında 48 kiloqram çəki dərəcəsində Aişə Qurbanlı rumıniyalı Aleksandra Pop, 52 kiloqram çəkidə Gültac Məmmədəliyeva finlandiyalı Katri Kakko, Larisa-Aleksandra Florian isə Polşa cüdoçusu Karolina Penkovska, 57 kiloqram çəkidə İçinxorlu Munxtsedev gürcüstanlı Eteri Liparteliani, 63 kiloqram çəkidə Nuriyyə Axundova rumın Adelina Dobre, 78 kiloqramdan yuxarı çəkidə İrina Kindzerskaya isə Səbilə Akbulut (Türkiyə) - Jasmin Külbs (Almaniya) cütünün qalibi ilə mübarizə aparacaq.

Kişilər arasında 60 kiloqram çəkidə Orxan Səfərov David Starkel (Sloveniya), Kəramət Hüseynov Matyaz Trbovts (Sloveniya), 66 kiloqram çəkidə Nicat Şıxəlizadə ukraynalı Boqdan Yadov, 73 kiloqram çəkidə Rüstəm Orucov Sedrik Bessi (Monteneqro), Hidayət Heydərov Mikloş Unqvari (Macarıstan), 90 kiloqram çəkidə Məmmədəli Mehdiyev İqor Varapayev (Belarus) - Peter Zilka (Çexiya) cütünün qalibi, 100 kiloqram çəkidə Elmar Qasımov ukraynalı Anton Savitski, Zelim Kotsoyev serbiyalı Bojan Dosenlə, 100 kiloqramdan yuxarı çəkidə Uşanqi Kokauri isə Vinçentso Di Arko (İtaliya) - Vito Draqiç (Sloveniya) cütünün qalibi ilə güclərini sınayacaq.

Proqrama əsasən, sabah qadınlar 48, 52 və 57 kiloqram, kişilər 60 və 66 kiloqram, iyunun 23-də qadınlar 63 və 70 kiloqram, kişilər 73 və 81 kiloqram, iyunun 24-də isə qadınlar 78 və 78 kiloqramdan yuxarı, kişilər 90, 100 kiloqram və 100 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar.

İyunun 25-də isə qarışıq komanda yarışları keçiriləcək. Millimiz Fransa cüdoçuları ilə yarışacaq.

Xəbər 1314 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +