Yol polisi sürücülərə müraciət etdi
İşləyən vətəndaşların pensiyaları necə artırılacaq?
Bu ərazilərdə evlər ucuzlaşacaq
“Qlobal” Media Qrupun saytlarına yenə hücum EDİLDİ
Şahin Bağırov yeni rəis təyin etdi
Qırğızıstan və Tacikistan tarixi razılaşma imzaladı
Qaz balonu partladı: Xəsarət alanlar var
“Natiq Əliyev” tankeri yük gəmisi ilə TOQQUŞUB
Həmin qılıncın üzərində nə yazılıb?
Təbrizdə "Bu qala daşlı qala" ifa OLUNDU


04.02.2017  13:55 

Azərbaycandan 26 min dollar çıxarmaq istəyən şəxs tutuldu





A+  A-


Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkə ərazisindən bəyan etməməklə çıxarılmasına cəhdin qarşısını alıblar.

XəzərNews.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən bildirildiyinə görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-İstanbul aviareysilə getmək istəyən Azərbaycan vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən mütləq qaydada bəyan etməli olduğu xarici valyutanı əvvəlcədən gömrük orqanına təqdim etməyib.

Vətəndaşın əl çantası rentgen aparatından keçirilərkən monitorda kağız pula bənzər təsvirlər görünüb. Gömrük əməkdaşı tərəfindən saxlanılan həmin şəxs isə sorğu-sual zamanı əl yükündə 10.000 ABŞ dollarından artıq xarici valyutanın olduğunu bildirib.

Daha sonra vətəndaşa məxsus əl çantasının yoxlanılması nəticəsində, çantanın içərisində gömrük orqanına əvvəlcədən təqdim olunmamış, şifahi, yazılı və elektron formada bəyan edilməmiş 261 ədəd - hər biri 100 ABŞ dolları nominalında, 2 ədəd 50, 13 ədəd 20 və 14 ədəd 10 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 26.600 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.



Xəbər 1389 dəfə oxunub.



22.02.2025  10:01 

Bu ərazilərdə evlər ucuzlaşacaq

21.02.2025  16:54 

Köln kilsəsi boşaldıldı


BÜTÜN XƏBƏRLƏR +