Yol polisi sürücülərə müraciət etdi
İşləyən vətəndaşların pensiyaları necə artırılacaq?
Bu ərazilərdə evlər ucuzlaşacaq
“Qlobal” Media Qrupun saytlarına yenə hücum EDİLDİ
Şahin Bağırov yeni rəis təyin etdi
Qırğızıstan və Tacikistan tarixi razılaşma imzaladı
Qaz balonu partladı: Xəsarət alanlar var
“Natiq Əliyev” tankeri yük gəmisi ilə TOQQUŞUB
Həmin qılıncın üzərində nə yazılıb?
Təbrizdə "Bu qala daşlı qala" ifa OLUNDU


03.02.2017  11:11 

Şirvanda “komaya düşən” baş həkimə kim “soyuq müharibə” açıb? - TƏFƏRRÜAT





A+  A-


Şirvan Mərkəzi Xəstəxanasının baş həkimi Fərhad Səfərovla adıçəkilən şəhərin icra başçısı Mərdan Camalov arasında soyuq münasibətlərin olması barədə bəzi məlumatlar yayılmaqdadır. Hətta, bu münasibətlər o səviyyəyə çatıb ki, idialara görə, artıq icra başçısı baş həkimin yerinə namizəd də tapıb. Digər məlumata görə, baş həkimin  işindən uzaqlaşdırılması  məsələsinin gündəmə gətirilməsi onun komaya düşməsinə səbəb olub.

XəzərNews.az bildirir ki, Modern.az saytı yayılan məlumatların nə dərəcədə həqiqətə uyğun oduğunu araşdırmaq üçün  rayon rəhbərliyi ilə əlaqə saxlayıb.

Şirvan Mərkəzi Xəstəxanası baş həkiminin müavini Əfsər Novruzov deyib ki, baş həkim gələn həftədən işdə olacaq.  

“Fərhad Səfərov yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir. Amma o, komaya düşməyib. Sadəcə, Bakı Sağlamlıq Mərkəzində 10 günlük müalicə alır. Qeyd edim ki, baş həkim barəsində həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Gələn həftədən etibarən Fərhad Səfərov işinin başında olacaq”.

Şirvan şəhəri icra başçısının müavini Samid Abiyev də yayılan məlumatlara aydınlıq gətirib.

“Neçə gündür ki, bu məsələ ilə bağlı bizə zənglər olur. Halbuki, bəzi mətbuat səhifələrində yazılanlar doğru deyil. Yanlış məlumat yaymaqla  ictimaiyyət arasında  çaşqınlıq yaratdığına görə həmin jurnalist məhkəməyə verilib”.



Xəbər 1748 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.02.2025  10:01 

Bu ərazilərdə evlər ucuzlaşacaq

21.02.2025  16:54 

Köln kilsəsi boşaldıldı


BÜTÜN XƏBƏRLƏR +