Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar


04.02.2023  17:00 

ƏDALƏT YOLÇULARININ ƏBƏDİ RƏHBƏRİ...





A+  A-

“Əlinin İsadan üstün olduğunu deməyə dinim, İsanın Əlidən üstün olduğunu qəbul etməyə isə vicdanım yol vermir”.

Bu, dünya elmindən və ədəbiyyatından xəbərsiz hansısa bir cahilin deyil, Həzrəti Əli haqqında ən yaxşı tədqiqatlardan birinin – 5 cildlik “İmam Əli - insan ədalətinin səsi” kitabının müəllifi, məşhur livanlı xristian yazıçı Con Cordaqın sözüdür.

Həzrəti Əlinin həyatını, düşüncələrini, əxlaqını, idarəetmə fəlsəfəsini və xarakterini dərindən araşdıran, xütbə və məktublarının, kəlamlarının toplandığı "Nəhcül-Bəlağə"ni ciddi şəkildə tədqiq edən yazıçı onu dünyanın, o cümlədən müasir Avropanın öyündüyü ən yaxşı filosoflarıyla müqayisə edərək, sonda üstünlüyü yenə də Peyğəmbərimizin (s.) öz yanındaca böyüdüb yetişdirdiyi bu möhtəşəm tarixi şəxsiyyətə - Həzrəti Məhəmmədin (s.) özünə və yoluna ən sadiq ardıcılına verirdi!

Təəssüf ki, biz azərbaycanlılar özümüzü müsəlman saysaq da, nəinki Məhəmməd Peyğəmbəri (s.), heç Onu bizə daha gözəl tanıdan, anladan Həzrəti Əlini də nə bir filosof, nə də bir rəhbər kimi oxuya, öyrənə, dərk edə bilməmişik.

Ədaləti, bəsirəti, yoluna və rəhbərinə sədaqəti, cəsarəti, imanı, zəkası və əxlaqıyla bütün bəşəriyyətə işıq saçan, örnək olan bu nəhəng filosof-rəhbərin tarixdəki rolunu, ümmətinin maraqları naminə öz şəxsi arzu və istəklərindən necə keçdiyini, yenicə təşəkkül tapmış İslamda vəhdətin qorunub saxlanması, müsəlmanların parçalanmaması üçün hansı əzablara qatlaşdığını və kritik situasiyalardakı heyrətamiz davranışlarını oxuyub öyrənmək, sevmək əvəzinə, onu hələ də təriqət liderliyinədək kiçildir, öz alçaq boyumuza biçir və utanmadan adını müasir Müaviyə ardıcıllarının fitnəkar siyasətlərinə alət edirik.

Həzrəti Əli isə siyasətdən – dünya işlərindən çox-çox üstün və uca, bilgiləri, düşüncələri və həyat tərziylə bütün bəşəriyyətə xoşbəxt yaşamağın açarını, qızıl qaydalarını təqdim edən filosof-alim, ictimai maraqları şəxsi maraqlarından üstün tutmağın və ədalətli idarəetmənin örnəyini yaratmış əsl Rəhbərdir!

Cordaq onu təsadüfən “İnsan ədalətinin səsi” adlandırmırdı. Çünki İmam Əli bütün varlığıyla ədalətin özüydü!

Baxın, doğuluşundan 14 əsr keçib, ancaq bu 14 əsr boyu Həzrəti Əli şəxsiyyətinə münasibət müsəlmanlar arasında haqla nahaqqı ayıran əsas müəyyənləşdirici xətt sayılıb, Peyğəmbərimizin (s.) məşhur “Ya Əli, səni yalnız mömin sevər, sənə yalnız münafiq ədavət bəslər” kəlamı isə möminlə münafiqi, riyakarla dürüstü tanımağın ən aydın əlamətinə, işarətinə çevrilib!

Çox maraqlıdır ki, bütün orta əsrlər boyu Yaxın və Orta Şərqi əhatə edən müsəlman coğrafiyasında, o cümlədən elə Azərbaycanda da ən təsirli elmi-siyasi-ədəbi məktəblərin, cərəyanların, tarixin gedişini dəyişən üsyan və etirazların başçıları və hərəkətverici qüvvəsi əsasən Həzrəti Əli ilə Peyğəmbər (s.) qızı Fatimənin soyundan törəyənlər olublar! Bu, bütün elmi tədqiqatçıları heyrətləndirən tarixi fakt, heç kimin silib ata bilmədiyi bir gerçəklik və “Qurani-Kərim”də vəd olunanların da mütləq şəkildə həyata keçəcəyini göstərən ən böyük dəlillərdəndir!

Bu gün - Rəcəb ayının 13-ü bu nəhəng şəxsiyyətin - Məhəmməd peyğəmbərdən (s.) sonra İslam dünyasının bəşəriyyətə təqdim etdiyi ikinci ən böyük simanın, Qiyamətədək artacaq və sonda bütün müsəlmanları birləşdirəcək Peyğəmbər (s.) soyunun əsas davamçılarının - Cənnət gənclərinin ağaları sayılan Həsənlə Hüseynin atasının və bütün bəşəriyyətə ədalət istəyənlərin həqiqi və əbədi Liderinin müqəddəs Kəbə evində dünyaya göz açdığı günün növbəti ildönümüdür.

Bəşəriyyətə xilas və nicat düsturunu təqdim edən Məhəmməd peyğəmbəri (s.) bizə tanıdan və sevdirən yolu yolumuz, duaları isə həmişə birgə görmək istədiyi ümmətimizin qoruyucusu olsun!

Elxan Şükürlü

Xəbər 4214 dəfə oxunub.




03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +