Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb


09.02.2018  13:04 

Bakıda 3 qız itkin düşüb





A+  A-

Son vaxtlar insanların itkin düşmə sayı artıb.
Səbəblər isə müxtəlifdir. Əsasən də zərif cinsin nümayəndələrinin itkin düşməsi maraq doğurmağa başlayıb. Zərif cinsin nümayəndələri niyə,hansı səbəbdən evdən gedir və geri qayıtmırlar?

XəzərNews.az-ın “Ölkə.Az”a istinadən məlumatına görə, ötən gün Bakının 3 müxtəlif rayonunda 3 qız itkin düşüb. Cəfərova Şəfiqə adlı qadın 30-cu Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, 2001-ci i təvəllüdlü qızı Cəfərzadə Fidan Adil qızı Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsindəki mənzilindən çıxaraq şəhərə gedib və geri qayıtmayıb.
Digər analoji hadisə isə Xətai rayonunda qeydə alınıb. Afət Abbasova Xətai RPİ-nə 27 yaşlı qızının itkin düşməsi barədə məlumat verib. O, ərizəsində göstərib ki, 1991-ci il təvəllüdlü qızı, Abbasova Ayşən Cavid qızı evdən çıxıb və geri qayıtmayıb.

Yasamal rayonunda da oxşar hadisə baş verib. 29-cu Polis Bölməsinə Rzayeva Aydan Rəfiq qızının itkin düşməsi barədə ərizə daxil olub. Hazırda Bakının aidiyyatlı polis bölmələri hər 3 qızın müəyyən olunaraq tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıblar.

Xəbər 1646 dəfə oxunub.




11.10.2024  14:46 

İraqdakı Azərbaycan: Türkmanlar

10.10.2024  18:17 

Elza Rozanı məhkəməyə verib

10.10.2024  12:14 

Tramp debatdan imtina edib


BÜTÜN XƏBƏRLƏR +