Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO


09.09.2022  16:50 

Rasim Məmmədov 185 milyonluq yeyintidən danışdı





A+  A-

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla həbs edilmiş “Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun məhkəməsi davam edir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədovanın sədrliyi ilə keçirilməli olan iclas vəkillərin gecikməsinə görə 2 saat gec başlayıb.

Hakim ittiham aktının elan edilməsi üçün sözü dövlət ittihamçısına verib. İttiham aktının elanından öncə Rasim Məmmədov söz alıb və aktda yazılan rəqəmlərin tamamilə uydurma olduğunu bildirib: “Orada yazılan rəqəmlər və malların çəkisi yalandır. Bizdə o qədər istehsalat və satış olmayıb. Şirkətin rəhbəri mən olmuşam, istintaq məni dinləsəydi, ətraflı açıqlama verərdim. Mən sizə elə sənədlər verəcəm ki, ekspert rəylərindəki rəqəm və “tonaj”ların səhv yazıldığını sübut edəcək. Bizə vaxt verin, həmin sənədi hazırlayaq, ona görə məhkəmənin təxirə salınmasını istəyirəm”.

Dövlət ittihamçısı Rasim Məmmədovun fikirləri ilə razılaşmayıb və qeyd edib ki, sənədləri məhkəmənin gedişində istənilən prosesdə təqdim edə bilər. Buna görə də hazırki prosesi təxirə salmağa gərək yoxdur. Hakim bu qənaətə gəlib ki, ittiham aktı elan olunmalıdır. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttiham aktında göstərilib ki, Rasim Məmmədov “Baku Steel Company”nin sədri işlədiyi dövrdə vəzifə səlahiyyətlərdən sui-istifadə edərək ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verib.

Qeyd olunub ki, o, 2011-2021-ci illərdə şirkətin büdcəsindən:

- satış subyektlərindən qara metal qəbul edərkən sənədləri saxtalaşdırma və mühasibatlıq sənədlərinə şişirdilmiş qiymətlər daxil etməklə 32 milyon 242 min manat;

- “Royal Steel” adlı şirkəti təsis edərək sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək qara metallurgiya sahəsindəki məhsulların qiymətini bazar dəyərindən yuxarı göstərməklə 1 milyon 252 min manat;

- “Baku Steel Company”yə məxsus malların satışını həyata keçirmək üçün bazar dəyərindən aşağı olmaqla “Workless Company”, “İRS group” və “Azəri steel 2009” şirkətləri vasitəsilə 69 milyon 945 min manat;

- Şirkətdən alınmış malların başqa müəssisələrə satılmaqla, bank hesabına köçürülən pulların nağdlaşdırıb geri alınması yolu ilə 21 milyon 680 min manat;

- “Baku Steel Company”yə məxsus 127 min ton armaturun satışını düzgün həyata keçirməməsi və sənədləri saxtalaşdırmaqla 7 milyon 526 min manat;

- Müəssisənin təmir-tikintisi üçün ayrılmış pulları şəxsi yaşayış və qeyri-yaşayış obyektlərinin təmir və tikintisinə xərcləməklə 2 milyon 110 min manat;

- “Baku Steel Company”yə məxsus kassa mədaxil qəbzlərini saxtalaşdırmaqla 13 milyon 284 min manat;

- Tabeliyindəki şəxslərə tapşırıq verməklə 98 faizi “Baku Steel Company”yə məxsus olan “Azərboru” şirkətinin 9 min tonluq məhsulunun alışı zamanı 2 milyon 739 min manat;

- Müəssisənin məhsullarını xarici ölkələrdə təsis edilmiş müxtəlif şirkətlər vasitəsilə aşağı qiymətə sataraq 34 milyon 942 min manat vəsaiti israfetmə və mənimsəmə yolu ilə talayıb.

Bununla da ittiham aktında göstərilənlərə əsasən, Rasim Məmmədovun taladığı pulların ümumi məbləği 185 milyon 720 min manat olub.

İttiham aktının sonunda göstərilib ki, Rasim Məmmədov Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193.3.2 (Yalançı sahibkarlıq), 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə),313 (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Rasim Məmmədov ittiham aktı üzrə özünü təqsirli bilməyib: “Mən ittihamı ümumiyyətlə başa düşmürəm. Kimin malını dağıtmışam?! Mən bu şirkətə 2011-ci ilin avqustunda rəhbər təyin olunmuşam, amma 2011-ci ilin yanvarında olan şeylərə görə ittiham olunuram”.

R.Məmmədovun vəkilləri də ittiham aktının yetərincə aydın olmadığını bildiriblər. Proses sentyabrın 12-də davam etdiriləcək.

Xatırladaq ki, R.Məmmədov 2021-ci ildə DTX-nin keçirdiyi əməliyyatla həbs olunub./“Qafqazinfo"

Xəbər 1284 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +