Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ
Ersin Tatarın Azərbaycana səfəri başlayıb
Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ
Prezidentdən pensiyalarla bağlı qərara MÜHÜM DƏYİŞİKLİK
FTX Azərbaycan diasporunun ofisində əməliyyat aparıb - Saxlanılanlar var
Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto


24.11.2022  20:02 

“Ağ ölüm” Narkotikə YOX deyək!” - Film təqdimatı





A+  A-

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Narkotizmlə Mübarizə” İctimai Birliyinin həyata keçirdiyi “Virtual metodlarla “Ağ ölüm” Narkotikə YOX deyək!” layihəsi çərçivəsində “Ağ ölüm” Narkotikə YOX deyək!” adlı qısametrajlı filmin təqdimatı olub.

XəzərNews.az xəbər verir ki, 150 nəfərin iştirak etdiyi tədbiri Layihənin kordinatoru Kənan Qubadzadə açıb.

O, bildirib ki, layihənin müddəti 3 aydır və əsas məqsədi qısametrajlı film vasitəsi ilə cəmiyyəti narkomaniya bəlasından qorunması yönündə maarifləndirməkdir:

“Film 7 dəqiqə ərzində həm səsli həmdə ssenari əsasında teatral hərəkətlərlə gəncləri, valideyinləri məsuliyyətli, narkotikdən və digər pis vərdişlərdən uzaq olmağa çağırır. Film mətbuat, televiziyalarda yayımlanacq, youtube-də və digər sosial şəbəkələrdə paylaşılacaqdır”.

Tədbirdə iştirak edən Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Milli Məclisin deputatları Pərvin Kərimzadə, Kamilə Əliyeva, İlham Məmmədov və ekspertlər Bayram Aslanov, Anar Sarıyev çıxışlarında bildirdilər ki, narkomaniya ümumbəşəri bir problem olaraq günümüzə qədər gəlib çıxan ən böyük problemlərdən biridir.

Tədbir ərəfəsində “Narkomaniya və digər pis vərdişlərə qarşı mübarizədə maarifləndirmə işinə göstərdiyi diqqətə görə” Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis-general mayoru İslam Hümbətov, “Narkomaniyaya qarşı mübarizədə maarifləndirmə işinə görə” isə ekspert Bayram Aslanov, polis kapitanı Səid Əsədli, AzMİU-nun Tələbə həmkarlar təşkilatının sədr müavini Şahmar Rəfili, fotoqraf Elnur Abdullaya Narkotizmlə Mübarizə İctimai Birliyi tərəfindən təşəkkürnamə təqdim edilib.



Xəbər 642 dəfə oxunub.




18.07.2024  16:15 

BUDADLAR, yoxsa BUDUQLAR -Video

18.07.2024  13:10 

Şahrudin “Qarabağ”da

17.07.2024  12:50 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +