Fərid Qayıbovla bağlı nə baş verir?
Ukraynaya 10 milyardlıq yardım hazırlanır
17 milyon manata satılan villa kimindir?
Əli Əsədov Məsud Pezeşkianla görüşdü
Putin və Tramp nə zaman görüşür?
Dmitriev: “Güzəştlərdən danışmaq tezdir”
Putin Zelenski ilə danışıqlara hazırdır
Premyer Liqada 23-cü tur - Öyrəndik ki...
Ən çox vergi ödəyən texnoloji şirkətlər hansılardır?
Milyonlarla borcu olan biznesmen kimdir?


26.05.2023  11:19 

Dövlət Departamenti Moskvada görüşünü şərh edib





A+  A-

ABŞ Dövlət Departamenti dünən Moskvada Rusiya Federasiyası, Ermənistan və Azərbaycan rəhbərlərinin iştirakı ilə keçirilən üçtərəfli görüşü şərh edib.

XəzərNews.az xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Metyu Miller mayın əvvəlində ABŞ dövlət katibi Entoni Blinkenin, Ermənistanın xarici işlər nazirinin də daxil olduğu Vaşinqtonda keçirilən görüşləri xatırladıb.

Onun sözlərinə görə, ABŞ danışıqların davam etdirilməsinə şərait yaradır: "Dediyimiz kimi, razılığın əldə oluna biləcəyinə inanırıq və həll olunmamış məsələlərdə razılığa gəlmək üçün hər iki tərəflə danışıqlar aparmağa davam edirik".

Xatırladaq ki, ötən gün Kremldə Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev arasında görüş keçirilib.

Regional nəqliyyat və iqtisadi infrastrukturun blokdan çıxarılması ilə bağlı məsələlər müzakirə olunub. Üç ölkənin baş nazir müavinlərinin görüşü çərçivəsində işin bir həftə ərzində davam etdirilməsi barədə razılıq əldə olunub.

Xəbər 1206 dəfə oxunub.



18.02.2025  15:37 

Ərdoğan Zelenski ilə görüşüb

18.02.2025  15:37 

UNEC-ə hücum olundu


BÜTÜN XƏBƏRLƏR +