Bakıda şagird bullinqə məruz qalıb - VİDEO
Şahnaz Bəylərqızı həbsdə qaldı
Azadlığı üçün 400 milyon təyin edildi
Vaşinqtonun Kiyevi satması “bağışlanmazdır” - Bolton
İlham Rəhimovun bazarı bağlanır?
Turan Agentliyi fəaliyyətini dayandırır
“Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır?
“Grand Kredit“lə bağlı 480 min manatlıq qalmaqal
Sabiq prezidentə sanksiyalar tətbiq olundu
Narişkin Putin-Tramp danışığına münasibət bildirdi


31.01.2024  12:22 

Olmayan qanunun icrası necə mümkündür? - Notariusların qeyri-qanuni tələbi





A+  A-

“Daşınmaz əmlakın alqı-satqısı zamanı notariatların 20 min manatdan yuxarı olan məbləğlərə görə alıcılardan yazılı deklarasiya tələb etməsi insanların narazılığına səbəb olur. İnsanlar narazılıq etməkdə haqlıdırlar. Belə bir tələbin irəli sürülməsi çaşqınlıq yaradır. Çünki Azərbaycanda "Gəlir deklarasiyası haqqında" qanun qəbul edilməyib. Olmayan qanunun icrası necə mümkündür? Notariusların bu tələbi qeyri-qanunidir”.

Xəzərnews.az xəbər verir ki, bunu iqtisadçı ekspert Akif Nəsirli Bakupost.az-a deyib.

Onun sözlərinə görə, bu gün ölkədə əhalinin, hətta dövlət məmurlarının gəlirlərini bəyan etməsinin hüquqi təcrübəsi yoxdur:

“Buna məhəl qoymayıb, notariatlar israrla vətəndaşlardan yazılı deklarasiya tələb edirlərsə, onda bu tələb hər kəsə - varlıya da, kasıba da aid olunmalıdır. Məmurlar da Azərbaycan vətəndaşlarıdır və onlar ölkədə milyonlarla dəyəri olan daşınmaz əmlak alırlar. Əgər alqı-satqı zamanı onlardan bəyannamə təqdim etmələri tələb olunmursa, o zaman sadə insanlardan da bu sənəd istənilməməlidir. Qanun və tələblər də hər kəsə şamil olunmalıdır”.

Hüquqşünas Əkrəm Həsənov isə qeyd edib ki, gəlir bəyannaməsi haqqında qanun 2005-ci ildə qəbul edilib. Ancaq qanun qəbulundan illər keçsə də, hökumət bugünə kimi bəyannamənin forması ilə bağlı qərar verə bilməyib. Bu səbəbdən qanun hələ də fəaliyyətsizdir.

Xəbər 9145 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.02.2025  16:31 

Tanınmış model həbs edildi


BÜTÜN XƏBƏRLƏR +