Zelenski Keyt Kelloqla görüşdü
Zaqatalada yaşıllıqlara məmurlar məhv edib
Amerikalı siyasətçilər Trampa qarşı...
Ruslar Konstantinovkaya hücum etdi
“BBC News Azərbaycanca” Bakıdakı ofisini bağlayır
Xəzər dənizində rus kapitan xilas edildi
Jurnalist Nurlan Libre həbs edildi
Trampın oğlu Zelenskinin həbsinin vacibliyini bəyan edib?
Teleaparıcı dodaq makiyajını nümayiş etdirdi - Foto
Abutalıbova məxsus olduğu iddia edilən şirkət parçalandı


05.07.2022  11:39 

“İrəvanda İstanbula aviabiletin qiyməti 50 avrodur, qalib dövlətdə 500 manat...”





A+  A-

Azərbaycanın qəfildən Naxçıvan ərazisində İrana və Türkiyəyə quru sərhədlərini bağlaması vətəndaşların ciddi narazılığına səbəb olub. Bəziləri bunu Türkiyədə meymunçiçəyi xəstəliyinin qeydə alınması ilə əlaqələndirib, digərləri qərarın siyasi məqsəd güdməsi qənaətindədir.

Əsas məsələ budur ki, təkcə Türkiyədə 26 mindən çox azərbaycanlı tələbə təhsil alır və hazırkı yay tətilində onların ölkəyə qayıdışı problemə çevrilib.

Araşdırmaçı-jurnalist Əvəz Zeynallı bildirib ki, Azərbaycan təcili olaraq quru sərhədlərini açmalıdır:

“DSX bir müddət əvvəl vətəndaşların sərhəd buraxılış məntəqələrindən keçidinin Nazirlər Kabinetinin 20 iyun 2022-ci il tarixli 232 nömrəli qərarına uyğun olaraq həyata keçirdiyini açıqlamışdı. Həmin qərara əsasən, 2022-ci il 1 sentyabr saat 06:00-dək yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü nəqliyyatla giriş-çıxışın dayandırılması qüvvədə qalırdı. Bununla belə, Naxçıvandan Türkiyəyə giriş-çıxış mümkün idi.

Sərhədin bağlanmasına görə hazırda Türkiyədə təhsil alan azərbaycanlı tələbələr ölkəyə daxil ola bilmir. Buna qədər Naxçıvan, Gürcüstan vasitəsilə, həm də həddindən artıq ucuz qiymətə tələbələr ölkəyə daxil ola bilirdi.

Azərbaycan vasitəsilə giriş-çıxış, daha doğrusu, təyyarə bileti 500-800 manat civarındadır. Bu, çox bahadır. Odur ki, məsələ hazırda ölkənin ən mühüm problemidir və ən böyük zərbə azərbaycanlı tələbələrə dəyir”.

Ə. Zeynallı son quru sərhəd-keçid məntəqəsinin bağlanmasına dair iddialara da münasibət bildirib:

“Sərhədlərin bağlanmasıyla bağlı bir neçə ehtimal irəli sürülür. Ən çox diqqət mərkəzində olan siyasi motivdir. Bəziləri bunu Azərbaycanın hərbi əməliyyatlar keçirmə planı ilə əlaqələndirirlər. Gümana görə, sərhədlər açılacağı təqdirdə təxribatçıların ölkəyə gəlişi baş tuta bilər.

Bunun baş verməsi mümkün ehtimal olsa da, şəxsən mən ciddi arqument hesab etmirəm.

İstənilən ehtimaldan asılı olmayaraq, tələbələrin ölkəyə girişi asandlaşdırılmalıdır”.

“Əslində, Cahangir Əsgərovun dövlət içində dövlətə çevrilməsi baş verir. AZAL dünyanın ən bahalı şirkətidir. Təsəvvür edin, Ermənistanla Türkiyə sərhədləri bu gün-sabah açılır. İrəvandan İstanbula aviabiletin qiyməti 50 avrodur. Amma qalib dövlətin aviabileti 500 manat. Dövlət bunu düşünməli və bilet qiymətlərini minimuma endirməlidir.

Gürcüstana belə aviabiletlərin qiyməti ucuz idi. Onu da 400 manat etdilər. Odur ki, AZAL-ın inhisarçı mövqeyinə son qoyulmalıdır”./Yenisabah.az

Xəbər 1745 dəfə oxunub.




20.02.2025  19:43 

Türkiyə və LƏZGİLƏR

20.02.2025  19:33 

Zelenski Keyt Kelloqla görüşdü

20.02.2025  17:55 

Jurnalist Nurlan Libre həbs edildi

20.02.2025  16:52 

Məşhur aktrisa boşandı

20.02.2025  14:13 

Tanınmışlar da orduya qoşuldu


BÜTÜN XƏBƏRLƏR +