Bakıda şagird bullinqə məruz qalıb - VİDEO
Şahnaz Bəylərqızı həbsdə qaldı
Azadlığı üçün 400 milyon təyin edildi
Vaşinqtonun Kiyevi satması “bağışlanmazdır” - Bolton
İlham Rəhimovun bazarı bağlanır?
Turan Agentliyi fəaliyyətini dayandırır
“Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır?
“Grand Kredit“lə bağlı 480 min manatlıq qalmaqal
Sabiq prezidentə sanksiyalar tətbiq olundu
Narişkin Putin-Tramp danışığına münasibət bildirdi


05.02.2024  13:28 

Məhkəmə idmançılarla bağlı qərar verdi - Yeni/Video





A+  A-

Bir neçə gün əvvəl xuliqanlıqda təqsirləndirilərək həbs edilən Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barələrində seçilmiş qətimkan tədbirindən apellyasiya şikayətinə baxılıb.

Bu gün Bakı Apellyasiya Məhkəməsində baxılan şikayətlər təmin edilməyib.

Xatırladaq ki, bir neçə gün qabaq idmançılar barəsində Xətai rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Hadisə Bakının Səbail rayonu ərazisində qeydə alınıb. "Rizin" Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplantıda mübahisə yaranıb, idmançı Həsən Əzizov döyülüb.



Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov həbs edilib.

Hadisənin digər iştirakçıları Tofiq Musayev və Mehman Məmmədov barəsində isə həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib.

Ötən gün isə iş üzrə zərərçəkən Həsən Əzizov şikayətini geri götürüb və təqsirləndirilən şəxslərdən heç bir tələbinin olmadığını bildirib./APA

Xəbər 9592 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.02.2025  16:31 

Tanınmış model həbs edildi


BÜTÜN XƏBƏRLƏR +