Bakıda şagird bullinqə məruz qalıb - VİDEO
Şahnaz Bəylərqızı həbsdə qaldı
Azadlığı üçün 400 milyon təyin edildi
Vaşinqtonun Kiyevi satması “bağışlanmazdır” - Bolton
İlham Rəhimovun bazarı bağlanır?
Turan Agentliyi fəaliyyətini dayandırır
“Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır?
“Grand Kredit“lə bağlı 480 min manatlıq qalmaqal
Sabiq prezidentə sanksiyalar tətbiq olundu
Narişkin Putin-Tramp danışığına münasibət bildirdi


10.01.2024  12:48 

“Trendyol” sifarişlərini Gömrük Komitəsi gecikdirir? - Sədr açıqladı





A+  A-

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Azərbaycan vətəndaşlarının Türkiyənin məşhur “Trendyol” elektron ticarət platforması üzərindən sifariş verdiyi məhsulların ölkəyə gətirilməsi ilə bağlı baş verən yubanmalara münasibət bildirib.

Xəzərnews.az xəbər verir ki, AZƏRTAC-a müsahibəsi zamanı DGK sədri Şahin Bağırov bu məsələyə kompleks yanaşılmasının zəruriliyini vurğulayıb.

“Kompleks yanaşıldıqda fiziki şəxslər tərəfindən sifariş olunan bağlamaların xarici satıcıdan yerli alıcılara çatdırılması bütöv bir zəncirdir və gömrük orqanları bu zəncirin yalnız “gömrük nəzarəti” hissəsində yer alır. Xaricdən sifariş olunan bütün digər bağlamalara olduğu kimi, “Trendyol”dan sifariş olunan bağlamalara da gömrük orqanları tərəfindən gömrük nəzarəti qanunvericiliklə müəyyən olunmuş qaydada, qısa zaman kəsiyində tamamlanır. Nəzərə alınmalıdır ki, bağlamaların tədarükçüdən yerli daşıyıcı şirkətlərin xaricdəki ünvanlarına və ölkəyə daşınması, eyni zamanda gömrük nəzarəti tamamlandıqdan sonra sifariş edən şəxslərin qeyd etdikləri ünvanlara təhvil verilməsi də müəyyən zaman kəsiyində tamamlanır”, - deyə Şahin Bağırov əlavə edib.

Xəbər 4996 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.02.2025  16:31 

Tanınmış model həbs edildi


BÜTÜN XƏBƏRLƏR +